Atəşkəs təklifimizi rədd etdi
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən danışıqlar zamanı Rusiya Ukraynanın atəşkəs təklifini rədd edib.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Atəşkəs olmayacaq. Rusiya nümayəndələri bizim təklifimizi rədd etdilər”, – Zelenski bildirib.
Ukrayna Prezidenti Rusiya ilə atəşkəs məsələsində razılığa gələ bilməmələrinin səbəbini açıqlayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi bu məsələlərlə bağlı danışıqlar aparmaq üçün müvafiq səlahiyyətə malik olmadığını bildirib.
O, bildirib ki, noyabrın 10-11-də Əbu-Dabidə keçirilən danışıqlarda hərbi əsirlərin “1000-ə 1000”, hətta “1200-ə 1200” prinsipi ilə dəyişdirilməsi məsələsi müzakirə olunub. Zelenski Rusiyanın belə bir təklifdən imtina etməsi üçün səbəb görmədiyini vurğulayıb.
Prezident əlavə edib ki, danışıqlarda Qara dənizdə atəşkəs və enerji obyektlərinə qarşı zərbələrin dayandırılması məsələləri də qaldırılıb. Lakin Rusiya nümayəndələri bu məsələlərə cavab vermək səlahiyyətlərinin olmadığını bildiriblər.
Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələri Rusiya prezidenti Vladimir Putinlə görüşdə bu məsələləri müzakirə etməlidirlər. O, həmçinin Ukrayna üçün müzakirə olunan təhlükəsizlik təminatları ilə bağlı Kremlin mövqeyini öyrənmək istəyir.
Ukrayna lideri ərazi məsələləri və digər mühüm mövzuların yalnız liderlər səviyyəsində keçiriləcək üçtərəfli görüşdə müzakirə oluna biləcəyini qeyd edib.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin noyabrın 12-də Moskvada Putinlə görüşü gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 12 Noyabr 2026 02:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















