Icma.az
close
up
RU
Bakıda təhlükə yaradan iki avtomobil 22 min manatadır

Bakıda təhlükə yaradan iki avtomobil 22 min manatadır

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gündür, taksilərlə bağlı məsələ müzakirə obyektidir. Ötən gün metronun “Koroğlu” stansiyasının yaxınlığında, ondan əvvəl isə Heydər Əliyev prospektində “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil qəzaları narahatlığa səbəb olub. Əksəriyyət düşünür ki, BYD-lər vaxtikən belə hadisələrə yol açan “Toyota Prius”lara rəhmət oxudacaq. Qeyd olunur ki, problem əslində sürücü və onu işəgötürənlərdədir.

Belə qəza hadisələri sərt tələblərin olmasına zəmin yarada bilərmi?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, taksi fəaliyyəti ilə bağlı artıq qərarlar qəbul edilib, standartlar müəyyən olunub:

“Bunlara əməl etsək, belə problemlər olmaz. Məsələn, hər bir nəqliyyat vasitəsi texniki baxışdan keçməlidir. Bu fəaliyyətlə məşğul olanlar avtoservislərlə müqavilə bağlamalıdırlar. Həmçinin sürücülərin psixoloji sağlamlığı, səhhəti barədə tibbi arayışı olmalıdır. Qeyd etdiyim şeylər vaxtında yoxlanılsa, faciəvi hallarla qarşılaşmarıq. Ümumiyyətlə, taksi sahəsi üçün sərfəli nəqliyyat vasitələri olmalıdır. Yəni yanacaq çox yandıran, tez sıradan çıxan, ehtiyat hissəsi baha olan avtomobillər yararlı deyil. Bir vaxtlar “Toyota Prius”lar çox istifadə edilirdi. Həm ucuz, həm də bir az dözümlü maşın idi. Ona görə ölkəyə kütləvi şəkildə gətirilir və taksi fəaliyyəti üçün kirayə verilirdi. Amma insan öz avtomobilini daha yaxşı, diqqətlə idarə edir, nəinki, kirayə sürdüyü maşını”.

Yasin Mustafayev

Ekspert bildirib ki, taksi sürücüləri də məhz bu səbəbdən məsələyə etinasız yanaşırdı:

“Nəticədə “Prius”ların adı mənfi hadisələrdə hallandı. Yeni sistemdə isə əsasən “Chevrolet Cobalt” və BYD markalı avtomobillərdən çox istifadə olunur. Birinci maşın daha çox ənənəvidir, yəni benzinlə işləyir. Amma BYD daha sərfəlidir,  qiyməti münasibdir – 21-22 min manata almaq mümkündür. Bu baxımdan geniş yayılıb. Şirkətlər bu avtomobilləri alsa, sürücülərə versə, lakin qaydalara əməl olunmasa, bizi yenə çətin vəziyyət gözləyəcək”.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Aprel 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri