Bakıda tələbə qəfil vəfat etdi Yenilənib
Milli Aviasiya Akademiyasının tələbəsi qəfil vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə akademiyanın sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Bildirilib ki, “Fizika texnologiyaları” fakültəsinin Elektrik və elektronika mühəndisliyi ixtisasının 2531a qrup tələbəsi Sadiq Səxavət oğlu Xankişiyev dünyasını dəyişib.
Onun hansı səbəbdən vəfat etdiyi qeyd olunmayıb.
***
“Oxu.az”ın məlumatına əsasən, tələbənin ölüm səbəbi məlum olub.
O, bağırsaq xərçəngi ilə mübarizə aparırmış.
![see](https://icma.az/template/assets/see.png)