Icma.az
close
up
RU
Bakıda tıxacın aradan qaldırlması tətbiq edilən yeni yanaşma özünü doğruldur

Bakıda tıxacın aradan qaldırlması tətbiq edilən yeni yanaşma özünü doğruldur

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əfsun Sucayev: “paralel olaraq əhalinin şəhərə kütləvi axının qarşısını almaq üçün də müəyyən tədbirlərə ehtiyac vardır”

Bu günlərdə prezident cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı, başqa sözlə paytaxtın üzlədiyi tıxac probleminin həllinə həsr olunan müşavirə keçirildi. Bu tədbir mövcud problemin həlli istiqamətində görülən işləri nəzərdən keçirmək və növbəti mərhələdə görülməsi vacib olan işlərin yol xəritəsini hazırlamaq nöqteyi-nəzərdən olduqca mühüm əhəmiyyət kəsb edirdi. Bu və digər məsələlərlə bağlı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Əfsun Sucayevin fikirlərini öyrəndik.

-         Paytaxtda yol-nəqliyyat infrastrukturun yaxşılaşdırılması tıxacların aradan qaldırılması istiqamətində həyata keçirilən yeni layihəni necə qiymətləndirmək olar?

-         Dövlətimizin başçısına məruzə edilən geniş təqdimatdan da göründüyü kimi qısa müddətdə həyata keçirilən “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsi şəhər yollarında tıxacın aradan qaldırılması üçün unikal tədbirləri özündə əks etdirə bilib. Məsələn, qlobal xarakter olan tıxacdan daha çox əziyyət çəkən dünya şəhərləri kimi paytaxt Bakımızın da “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçidə hesablanan işlər diqqət cəlb edir. Ələlxüsus şəhər sakinləri üçün şəhər konsepsiyasına keçid məqsədi daşıyan ictimai nəqliyyatdan istifadənin genişləndirilməsi ilə paralel piyadaların hərəkətinin xüsusi çəkisinin artırılması üçün şəhərdaxili bir çox ərazilərində ümumiyyətlə, şəxsi avtomobillərin hərəkətinin məhdudlaşdırılması təqdirəlayiqdir. Onsuzda paytaxtın dar küçələrində tıxac səbəbindən fərdi avtomobil və ya ictimai nəqliyyatla hərəkət etməkdən fərqli olaraq piyada hərəkətlə mənzil başına daha qısa müddətdə, eləcə də asan və rahat başa gəlir. Demək olar ki, çoxumuzun konkret təcrübədir hər gün olmasa belə tez-tez rastlaşdığımız vəziyyət belədir. Deməli həmin ərazilərə nəqliyyatın (daha çox fərdi avtomobillərin) girişinə qadağa, orada ətraf mühütün ekoloji sağlamlaşdırılması, digər tərəfdən fiziki hərəkəti təşviq etməklə sinergetik yolla nəticə etibari ilə insanların sağlamlığının təmin olunması mümkün olur.

- Piyada hərəkətinin təşviq edilməsi üçün səki infrastrukturu ilə bağlı işlər də diqqət cəlb edir...

- Bu xüsusda bir tərəfdən dar səkilərin genişləndirilməsi və yeni səkilərin salınması, digər tərəfdən və ən əsası piyadalar üçün keçidlərin işıqlandırılması xarici ölkələrdə gördüyümüz və şəhərimizdə də olmasını arzuladığımız proseslərin artıq əməli olaraq beynəlxalq normalara uyğun yeni yanaşma  ilə reallaşmasıdır. Ancaq düşünürük ki, bu istiqamətdə görüləsi işlər hələ də var. Xüsusən, bəzi iş adamları, hətta fiziki şəxslər tərəfindən piyada səkilərinin zəbt olunmasına bu gün də rast gəlinir. Dəfələrlə jurnalistlər televiziya və ya çap mətbuatı vasitəsi ilə bu problemi işıqlandırsa da, lakin bir çox üzdəniraq iş adamları tərəfindən piyada səkilərini mənimsəməsi, orada obyekt tikintisi və ya bəzi sürücülər tərəfindən avtomobillərini park etməsi halları adi hesab olunur. Odur ki, yüksək cərimə tətbiq olunması və başqa tədbirlərlə yolverilməz belə hallara tamamilə son qoyulmalıdır. Əks halda piyadalar kimlərinsə tamahı ucbatından səkilərin zəbt etməsi səbəbindən yolun avtomobil hərəkət edən hissəsindən istifadə etməsi məcburiyyətində qalacaq, bu zaman baş verən avtomobil qəzaları nəticəsində piyadaların ölüm halları da bitmək bilməyəcək.

- Amma nədənsə dar küçələrdə avtobus zolaqların salınmasını narazılıqla qarşılayanlarda vardır..

- Bu təbii bir prosesdir. Amma etiraf edək ki, yuxarıda qeyd edilən layihə çərçivəsində avtobus zolaqlarının salınması tıxac probleminin həllində olduqca əhəmiyyətli hesab olunur. Bu bilavasitə ictimai nəqliyyatın vacib seqmenti kimi avtobusların sərnişinləri vaxtında mənzil yerinə çatdırılması ilə əhalini getdikcə şəxsi avtomobillərdən imtinaya və əsas üstünlüyü avtobuslara verməyə təşviq edir. İctimai nəqliyyat sistemi normal olan dünyanın heç bir ölkəsində vətəndaş şəxsi avtomobillərə böyük vəsait xərcləməklə şəxsi büdcəsinə əlavə xərclər daxil etmək istəməz. Ancaq bu sahədə də davam etdirilməli işlər vardır. Etiraf edək ki, avtobuslarda xidmətin səviyyəsi gediş haqlarına uyğun deyildir. Xüsusən, sürücülərin bir çox hallarda etik normaları bilməmələri tez-tez sərnişinlərlə yersiz münaqişələrə gətirib çıxarır.  Son zamanlar rast gəlinən avtobus qəzalarında, avtobusların texniki tələblərə uyğun gəlməməsi qədər, sürücülərin hər gün tibbi müqayinədən keçirilməməsi əsas pay sahibidir. Taksi sürücüləri kimi, elə avtobus sürücülərinin də imtahanı Dövlət İmtahan Mərkəzində verməsi onların məsuliyyətini iki qat artırmaqla, daha kənddə traktor və ya iri qabaritli digər yük avtomobilləri idarə etmiş şəxslərin şəhərdə avtobus sürmək kimi böyük yük altına girməsinin qarşısını alacaq. 

Həmçinin, unutmayağın ki, qəsəbələrarası hərəkət edən bəzi avtobuslarda antisanitariya şəraiti hökm sürür, bu da əhali arasında respirator xəstəliklərin kütləvi hal almasına səbəb olur. Onlar əksər hallarda “gözdən uzaq, könüldən iraq” olduqlarını zənn edərək, avtobusları ayda, ildə bir dəfə belə (halbuki bu prosedur hər gün olmalıdır – Ə.S.) dezifeksiya etdirmirlər, elementar təmizlik işləri belə görmürlər. 

- Sizcə, Bakı şəhərində indiyə qədər qlobal problem kimi xarakerizə olunan parklanma ilə bağlı görülən işləri xüsusi qeyd etmək olar?

-Əlbəttə. Çünki paytaxtda tıxacların yaranmasında əsas söz sahibi heç kimə sirr deyildir ki, məhz, nizamsız parklanma idi. Kimin ürəyi harda, nə vaxt istəyirdi, o cür də edirdi. Bəzən avtomobilini yolun və ya küçənin ortasında saxlayıb, işinin arxasınca gedən sürücülərə belə rast gəlinirdi. İndi isə hətta ən pik saatlarda şəhərin kritik küçələrində avtomobilini park etmək üçün kifayət qədər boş yerlər tapmaq mümkündür.

Bu kimi məsələlərdə sürücü mədəniyyəti qədər, piyada, sərnişin mədəniyyətinin üstün səviyyədə təzahür etməsi şərtdir. Çünki bir çox hallarda ikincilərin mədəniyyətsiz davranışları birinciləri hövsələdən çıxarır və arzu olunmayan neqativ hallara yol verməyə gətirib çıxarır. Nəzərə alağın ki, mədəniyyət insan cəmiyyəti üçün var olan ali bir dəyərdir. Onu hər kəs özü özündə əxz etməli və başqasına da müsbət davranışları ilə nümunə göstərməlidir. O mədəniyyəti heç kəs kənardan mütəxəssis gətirib bizə öyrədə bilməyəcək. Həm də bir məsəl vardır ki, insanın təlim-tərbiyə alması üçün ən yaxşı müəllimi onun elə özüdür. Öyrənmək, öyrətmək isə heç vaxt gec olmayıb.

Dəfələrlə təcrübədə görmüşük ki, yeniliklər cəmiyyət tərəfindən o dəqiqə xoş qarşılanmır. İllah ki, o yeniliklərdə öz şəxsi maraqlarına uyğun olmayan bir neqativ hal tapıb, böyük işlərə imza atanların əziyyətini müsbət qiymətləndirməmək bir yana qalsın, onları tənqid etməliyik. Ancaq əminəm ki, illər sonra onun faydasını mütləq görəcəyik və o zaman bu yenilikləri təqdir edənlərin sayı da çox olacaq. Sadəcə şəhər yol-nəqliyyat infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən indiki işləri alqışlamaq lazımdır ki, davamı gəlsin.

Təbiətin ən ali varlığı kimi insan olaraq dərk etməliyik ki, bu sahələrdə bütün problemlərin birdəfəlik həll olunması təkcə dövlət tənzimlənməsindən asılı deyil. Burada şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi sübuta ehtiyacı olmayan aksioma olmalıdır. Başa düşürük ki, uzun müddət digər nəqliyyat növlərinə fokuslanan və vərdiş halını almış davranışın dəyişməsi uzun zaman tələb edir. Ümid edirik ki, belə problemlər də gec-tez öz həllini tapacaq. Bir halda ki, dövlət, xalq, millət olaraq 200 illiyin qlobal problemini həll edərək, suverenliyimizi tam bərqərar edib, dünyaya səs salmışıqsa, bu kimi daxili problemləri niyə yoluna qoya bilməyək.. 

- Dövlət başçısı müşavirədə qeyd etdi ki, bu sahədə yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Hətta ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Sizcə başqa hansı təklifləri nəzərə almaq olar?

- Hesab edirəm ki, narahat doğuran məsələlərdən biri son zamanlar rayonlardan, kəndlərdən paytaxta əhalinin kütləvi axınlarının baş verməsidir. Təbii ki, Azərbaycan vətəndaşının ölkənin istənilən nöqtəsində müvəqqəti-daimi yaşamaq, işləmək hüququ vardır. Heç kimə qadağa etmək olmaz ki, sən şəhərdə yox, rayonda, və ya kəndə yaşa. Xatırlayırıqsa, sovet dövründə Bakıda yaşamaq üçün rəsmi qeydiyyatın olması şərt idi, həmin qeydiyyata düşmək də çox çətin başa gəlirdi. Amma şükrlər olsun, indi belə bir məhdudiyyətlər tətbiq olunmur. Amma kəndlərin sürətli boşalması da arzuolunan hal deyil. Bu gün Bakının kənar qəsəbələrində məskunlaşan rayon, kənd camaatının sayı həndəsi silsilə ilə artır. Təsəvvür edin, təkcə, Binə qəsəbəsində Hövsan-südçülük yaşayış massivi deyilən ərazidə qeyri-rəsmi 160 mindən çox əhali yaşayır. Onların böyük əksəriyyəti Lerik rayonu və onun kəndlərindəndir. Rayonda elə böyük kəndlər var ki, 10-15 ailə qalıb, onlarda yaşlı insanlardır. Gənclər ümumiyyətlə qalmaq istəmirlər. Biz bilirik ki, Lerik ucqar dağ rayonudur, iqlimi çox sərtdir. Sovet dövründə orada əhalinin əsas məşğuliyyəti dəmyə şəraitində becərilən üzümçülük, taxılçılıq, kartofçuluq kimi ənənəvi kənd təsərrüfatı sahələri idi. İnsanlar bu təsərrüfat sahələrində çalışır, həm bu məhsullara olan ehtiyaclarını ödəyir, həm də əlavə qazanc  əldə edirdilər. Hətta şəhər yerlərindən tələbələri ezam edirdilər, məhsul toplanışına kömək etsinlər. SSRİ dağılanda ənənəvi kənd təsərrüfatı sahələri bir sinif kimi ləğv edildi. Rayonun əksər kəndlərində əhali sayına düşən torpaq sahəsi azdır. Həm də əkinə yararlı torpaq sahələri azlıq təşkil edir. Orada fərdi şəkildə təsərrüfatla məğşul olmaq olduqca çətindir. Demirik, təzədən sovxozlar, kolxozlar bərpa olunsun. Amma yaxşı olar ki, aidiyyəti qurumlar orada yuxarıda qeyd etdiyimiz ənənəvi sahələrin bərpa olunması üçün iş adamlarını həvəsləndirən layihələr icra olunsun. Paralel olaraq yol çəkilişi, qazlaşdırma kimi iri infrastruktur layihələrini davam etdirmək əzururəti vardır. Bu gün yeri gəlsə şəhərdəki şəraiti rayon və kəndlərdə yaratmaq lazımdır ki, insanlar öz el-obalarını tərk etməsinlər. Cənab Prezident özü dəfələrlə bəyan edib ki, infrasturuktur layihələrin icrasında Dağlıq Qarabağ və Şərqi Zəngəzura üstünlük veririk, çünki qarşımızda prioritet məsələdir. Amma bu digər regionlarımızı diqqətdən saxlamaq anlamına gəlməməlidir. O digər şəhər və rayonlara mütəmadi səfərlər edir ki, bütün reginonlarımızın bərabər səviyyədə inkişafında maraqlıdır. Ona görə aidiyyəti qurumlar ucqar dağ rayonları, xüsusən, sərhəd rayonlardan kütləvi axının qarşısını alan infrastruktur işlərin həcmini artırsınlar ki, əksinə şəhərdən rayon və kəndlərə gedib yaşamaq istəyənlərimizin sayı artsın.

Pünhan ƏFƏNDİYEV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see186

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see177

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see166

Azərbaycanlı idmançı dünya çempionatında medal qazandı

30 Noyabr 2025 10:32see149

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see149

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see147

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see147

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see136

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see136

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see133

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see132

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see131

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see129

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see128

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see128

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri