Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

Yuxusuz gecədən sonra bunu edin

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Şou yaratmaq qeyri ciddilik və məsuliyyətsizlikdir” KONKRET

“Şou yaratmaq qeyri ciddilik və məsuliyyətsizlikdir” KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

KONKRET.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) yanında İctimai Şuranın sədri Anar Xəlilov “Yeni Sabah”ın sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– I Dövlət Proqramı çərçivəsində köç prosesi ardıcıl şəkildə icra olunur. İlk köç hansı mərhələləri əhatə edir və kimlər köçürülür?

– I Dövlət Proqramı uğurla davam edir. Dövlət proqramının tələblərinə uyğun olaraq bərpa edilmiş yaşayış məskənlərinə keçmiş məcburi köçkünlərin köçürülməsi təmin edilir. İlk olaraq həmin yaşayış məskənləri üzrə qeydiyyatda olan vətəndaşların siyahısı Komitənin vahid elektron bazasından çıxarılır. Məlumat üçün qeyd edim ki, bu elektron baza çox mükəmməl hazırlanıb. Məcburi köçkün haqqında bütün məlumatlar bu bazada mövcuddur. Qaydalara uyğun olaraq yataqxana, düşərgə, ağır şəraitdə yaşayan, zəbt olunmuş mənzillərdə məskunlaşan, müxtəlif inzibati binalarda və kirayədə olan ailələr köç üçün seçilir. Onlarla əlaqə saxlanılır və monitorinq qrupu tərəfindən baxış keçirilir. Şəhid ailəsi də müraciət edərsə onlarda ilkin mərhələdə köç üçün siyahıya daxil edilir. Bura yalnız ailədə şəhidin varisi statusu olan şəhid ailəsi aiddir. Əgər bərpa olunan ərazidə əlavə mənzillər qalarsa qeydiyyatı həmin yaşayış məntəqəsinə olan əmək fəaliyyəti ilə təmin olunmuş vətəndaşlar, qazilər və gənc ailələr köçürülür. Bu o demək deyil ki, şəxsi mənzilləri olan vətəndaşlar köçürülməyəcək. Sadəcə ilkin mərhələlərdə şəraiti ağır olan vətəndaşlara üstünlük verilir.

– Püşkatma prosesi necə təşkil edilir? Sosial Mediada bəzən püşkatma prosesinin obyektiv olmaması ilə bağlı iddialar səsləndirilir. Bununla bağlı fikirlərinizi bilmək istərdik. Püşkatma keçirilmədən mənzillərin seçilməsi mümkündürmü?

– Bərpa olunan yaşayış məskənlərində mənzillər hazır olduqdan sonra, orada fəaliyyət göstərən və cavabdeh Dövlət qurumu tərəfindən həmin mənzillər kodlaşdırılır. Həmin kodlar otaq sayına uyğun olaraq Komitəyə göndərilir. Komitə burada evin hansı istiqamətdə inşa olunduğu və ya vəziyyəti haqqında heç bir informasiyaya malik olmur. Otaq sayına uyğun olan ailələr yuxarıda qeyd etdiyim meyarlara uyğun olaraq seçilir və püşkatmaya dəvət olunur. Püşkatma prossesi hamını gözü qarşısında Komitənin məsul işçilərinin, Komitə yanında İctimai Şuranın üzvlərinin, işğaldan azad olunmuş ərazilərdə cavabdeh Dövlət qurumlarının müşahidəsi ilə keçirilir. Bütün püşkatma prossesi video çəkiliş ilə qeydə alınır. Bu günə qədər İctima Şura olaraq müşahidə etdiyimiz püşkatmalarda qanun pozuntusuna rast gəlməmişik. Püşkatma şəffav və qanuna uyğun şəkildə təşkil olunur. O ki qaldı sosial şəbəkələrdə püşkatma ilə bağlı səslənən fikirlərə onu qeyd edə bilərəm ki, böyük əksəriyyəti əsasız və böhtan xarakterlidir. Mən qeyd edim ki, İctimai Şura tərəfindən də həmin səslənən fikirlər dərhal araşdırılır və yoxlanılır. Bizim də mövqeyimiz bu məsələdə prinsipialığa söykənir. Püşkatmadan yalnız Şəhid ailələri azad olunur. O da yalnız şəhidin varislik statusu olan ailə üzvünə şamildir. Artıq sosial şəbəkələrdə haqsız səslənən fikirlərə görə növbəti mərhələlərdə şəhid ailələrinin püşkatmadan kənar mənzil seçimləri orada toplaşan vətəndaşların ümumi razılığı alındıqdan sonra olacaq. Mənə də maraqlıdır kimsə buna etiraz edəcəkmi….? Bir fikri də qeyd edim ki, son vaxtlar bəzi bu istiqamət üzrə bilgiləri az olan, qeyri peşəkar özünə ucuz reytinq toplamağa çalışan və özünü jurnalist-bloger adlandıran bəzi şəxslər regionlarda məskunlaşan keçmiş məcburi köçkünlərin səmimiliyindən istifadə edərək qeyru peçəkar sujetlər hazırlaylb yayırlar. Əvvəla bu birinci növbədə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən böyük bərpa-quruculuq işlərinə kölgə salmaqdır. Mən demirəm kimsə sujet hazırlamasın. Amma yaxşı olar ki, qarşl tərəfin də mövqeyi dinlənilsin. Səslənən ittihamların ciddiliyi nəzərə allnsın. Yoxsa kimsə şər böhtan deyəcək onu dərhal reytinq xətrinə çəkib sosial şəbəkəyə yerləşdirmək və şou yaratmaq qeyri-ciddilik və məsuliyyətsizlikdir. Bir də bu suala son olaraq onu da bildirim ki, kiminsə əlində fakt varsa söz demək yerinə hüquq mühafizə orqanına müraciət etsin. İctimai Şura olaraq həmin vətəndaşın yanındayıq.

– Anar müəllim, mənzillərin tikilməsində və bərpasında Dövlət Komitəsi hansı formada iştirak edir? Və ümumiyyətlə köç prosesində Komitənin aktiv rolu nədən ibarətdir?

– Bildiyim qədər Dövlət Komitəsi böyük miqyasda aparılan tikinti bərpa prossesində iştirak etmir. Komitənin üzərinə düşən öhdəlik yalnız köçürlmə prossesini təşkil etməkdir. Hesab edirəm ki, tərif kimi səslənməsin bu qürurverici və ağır zəhmət tələb edən işin təşkilində Komitə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Biz İctimai Şura olaraq bu prossesi yaxından izləyirik və qeyd edim ki, çox məsuliyyət, diqqət, peşəkarlıq, vətəndaşla işləmək bacarığı eyni zamanda əmək tələb edən bir prossesdir.

– Komitə yanında İctimai Şuranın üzvü kimi məcburi köçkünlərlə görüşürsünüz. Onları narahat edən əsas məqamlar hansılardır?

– Bizim İctimai Şuranın üzvləri daim keçmiş məcburi köçkünlərlə ünsiyyətdədilər. Demək olar ki, hər gün onlarla vətəndaş üzvlərimizə müxtəlif məsələlərlə bağlı müraciət edir. Bu gün əminliklə demək olar ki, İctimai Şura da bu prossesdə artıq bir yardımçı subyektə çevrilmişdir. Ən çox onları narahat edən bir neçə məsələlər var. İlk öncə nə vaxt öz yurdumuza köçəcəyik və ya bu konteksə uyğun suallar. Məşğulluq məsələləri. Ailə üzvünün sayına uyğun olaraq otaq sayı məsələsi. Son vaxtlar ata yurdlarının özləri tərəfindən bərpa edilməsi ilə bağlı da müraciətlər artır. Şəxsi mənzili olan vətəndaşlarımız da daha çox müraciət edir və biz onlara qaydaları izah edirik. Ümimiyyətlə İctimai Şura olaraq təklif edərdik ki, bu istiqamət üzrə mövcud qanunların yenidən baxılmasına və eyni zamanda bəzi sual doğuran məsələlərlə bağlı qanunvericiliyimizdə dəyişikliyin edilməsinə böyük ehtiyac vardır. Bura strukturkar arası əlaqələrin də tənzimlənməsi aid olsa yaxşı olardı. Hazırkı vəziyyətdə keçmiş məcburi köçkünlər bütün məsələlərin həllində yalnız Komitənin məsul olduğunu düşünür. Bu da əlavə çətinlik yaradır

– Vətəndaş cəmiyyətinin üzvləri kimi Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarəti həyata keçirirsiniz. Komitənin fəaliyyəti köçlə məhdudlaşır? Digər fəaliyyət istiqamətləri nələrdir?

– Təbii ki, yox Komitə əsasnaməsinə uyğun olaraq məcburi köçkünlərlə bağlı qəbul edilmiş digər Dövlət proqramlarının da icrasını həyata keçirdir. Buraya köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması və digər məsələlər də aiddir. Eyni zamanda maarifləndirilmə tədbirləri də aktiv şəkildə həyata keçirilir. Vətəndaş cəmiyyəti nümayəndələri kimi də, biz Komitənin bütün fəaliyyətini izləyirik. Komitə – İctimai Şura əməkdaşlığı hesab edirəm  ki, təqdirəlayiq vəziyyətdədir. Cənab Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl yerli jurnalistlərə verdiyi açıqlamada qeyd etdiyi “İctimai nəzarət vacibdir” sözü bizim daha məsuliyyətli olmağımıza stimul oldu. Bu fikir bizi də ruhlandırır və Böyük Qayıdış prossesində bizlərin də üzərinə məsuliyyət qoyur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:335
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Yanvar 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see315

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see286

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see284

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see279

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see231

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see227

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see221

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see219

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see211

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see209

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see202

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see199

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see195

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see192

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see187

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see184

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see176

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see176

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri