Icma.az
close
up
RU
Bakıda vətəndaşlara ev tikmək adı ilə dələduzluq edən şəxs AZADLIĞA BURAXILDI

Bakıda vətəndaşlara ev tikmək adı ilə dələduzluq edən şəxs AZADLIĞA BURAXILDI

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakıda vətəndaşlara ev tikmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb.

Oxu.Az-ın məlumatına görə, Bakı şəhər sakini Pərviz Ağayev (soyadı şərtidir) paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində özünə ofis götürərək "Alfa Təmir Tikinti" MMC yaratdığını bəyan edib. O özünü "TikTok" və digər sosial şəbəkələrdə reklam edərək kreditlə ev tikdiyini bildirib.

Elə hər şey də bundan sonra başlayıb. Ağcabədi rayon sakini Aytac Məmmədova sosial şəbəkə üzərindən Pərvizlə əlaqə saxlayıb ev tikdirmək istədiyini bildirib. Pərviz "Rent a Car"dan bahalı avtomobil kirayə götürərək Ağcabədi rayonuna gedib, Aytac və onun ailəsi ilə görüşüb, onları inandırmağa çalışıb. O, ilkin olaraq Aytacdan 10 min manat alıb və ümumi evi 32 min manata tikib təhvil verəcəyini bildirib. Şifahi razılığa görə, Pərviz evi 3 ay müddətinə tikib, təmir edib Aytaca təhvil verməli olduğu halda, bir neçə ay keçsə də, ev hazır olmayıb. Aytac evin tikintisi ilə maraqlansa da, Pərviz ona nə evi, nə də onun tikintisini göstərməyib.

Nəticədə Aytac hüquq-mühafizə orqanlarına müraciət edib və fakta görə cinayət işi başlanıb, Pərviz barədə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı məlum olur ki, Pərviz Ağayev Aytacdan başqa daha iki ailəni aldadıb və onların hər birindən 10 min manat alıb. O, həmin ailələrlə görüşüb Abşeron rayonunun Digah qəsəbəsində başqa şəxsə məxsus olan 6 sot torpaq sahəsini göstərib və həmin ərazidə guya ev tikəcəyinə inandırıb. Bu məqsədlə o, iki ailədən ümumilikdə 20 min manat alıb.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Pərviz Ağayev Aytacla razılıq əldə edib və zərərçəkmişin ondan şikayəti yoxdur.

Məhkəmə P.Ağayev barədə hökm elan edib. Məhkəmənin hökmü ilə P.Ağayevə 3 il azadlığın məhdudlaşdırılması cəzası verilir və o, məhkəmə zalında azadlığa buraxılıb.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri