Icma.az
close
up
RU
Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyətini zəiflədən amillər açıqlanıb

Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyətini zəiflədən amillər açıqlanıb

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tranzit təminatı ödənişləri, məsafədən asılı yol rüsumları, yanacaqla bağlı məhdudiyyətlər, eləcə də əlavə texniki baxış prosedurları nəticə etibarilə eyni istiqamətli nəqliyyat dəhlizlərində Azərbaycan daşıyıcılarının rəqabətliliyini zəiflədir. Avtosfer.az xəbər verir ki, bunu "Report"a müsahibəsində "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin prezidenti Həbib Həsənov bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı logistika xərclərinin azalmasına, yeni marşrutların açılmasına, daşımaların həcminin və yük axınlarının artmasına şərait yaradır:

"Bu dəhliz Avropa ilə Orta Asiya arasında yüklərin daşınmasında Azərbaycan daşıyıcıları üçün əlavə imkanlar formalaşdırır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə beynəlxalq avtomobil daşımaları və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalmasına, daşımaların sürətlənməsinə və Azərbaycanın tranzit potensialından istifadə səviyyəsinin yüksəlməsinə mühüm töhfə verəcək. Bu dəhliz Avropa ilə Orta Asiya arasında yükdaşımalar üçün əlavə və alternativ marşrut kimi çıxış edərək mövcud nəqliyyat yollarının diversifikasiyasını təmin edəcək. Zəngəzur dəhlizinin "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri ilə inteqrasiyası Avropa-Asiya ticarət əlaqələrində onun strateji əhəmiyyətini daha da artıracaq".

H.Həsənov vurğulayıb ki, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə fəaliyyət göstərən Azərbaycanın milli avtomobil daşıyıcıları bəzi istiqamətlərdə şərtlərin tam paritet əsasda tətbiq olunmaması ilə üzləşirlər:

"Bu isə eyni nəqliyyat dəhlizləri və marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılar arasında rəqabət mühitinə birbaşa təsir göstərir. Belə ki, ayrı-ayrı ölkələrdə tranzit rüsumlarının, yol vergilərinin, texniki və inzibati tələblərin fərqli qaydada tətbiq olunması milli daşıyıcılarımızın daşımalar üzrə maya dəyərinin artmasına səbəb olur. Tranzit təminatı ödənişləri, məsafədən asılı yol rüsumları, yanacaqla bağlı məhdudiyyətlər, eləcə də əlavə texniki baxış prosedurları nəticə etibarilə eyni istiqamətli nəqliyyat dəhlizlərində Azərbaycan daşıyıcılarının rəqabətliliyini zəiflədir".

O əlavə edib ki, bəzi sərhəd-keçid məntəqələrində mövcud olan yüklənmə və prosedur fərqlilikləri daşımaların operativliyinə təsir göstərir:

"Bu da milli daşıyıcılarımızın planlaşdırma imkanlarını məhdudlaşdıran amillər sırasındadır. Bununla yanaşı, Azərbaycan ərazisindən tranzit keçən xarici avtomobil nəqliyyat vasitələri üçün sadələşdirilmiş və şəffaf prosedurların tətbiqi, riskəsaslı nəzarət mexanizmləri və rəqəmsal həllər tranzit daşımaların fasiləsizliyinə xidmət edir və yük axınlarının daha stabil şəkildə hərəkətini təmin edir. Hesab edirik ki, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəli və dayanıqlı inkişafı baxımından bu cür praktiki və balanslı yanaşmaların tərəfdaş ölkələrdə qarşılıqlı əsasda tətbiqi, eləcə də vahid, şəffaf tranzit qaydalarının formalaşdırılması eyni istiqamətli dəhlizlər üzrə fəaliyyət göstərən bütün daşıyıcılar üçün daha ədalətli rəqabət mühiti yarada bilər".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxunub 38

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Yanvar 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see207

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see192

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see152

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri