Erməni nazir Xizək Federasiyasından Azərbaycan sözünə görə izahat tələb etdi
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ermənistanın İdman və Turizm Nazirliyi Xizək Federasiyasından erməni xizəkçi Mikael Mikaelyanın İtaliyada keçirilən “Tour de Ski” yarışlarında yarış zamanı formasının üzərində yer alan “Azərbaycan” yazısını yapışqan lentlə bağladığı üçün izahat tələb edib.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, “news.am”ın məlumatına görə, nazir Janna Andreasyan Xizək Federasiyasına ünvanlanan sorğuya cavab aldıqdan sonra Dünya Kuboku zamanı xizəkçisi Mikael Mikaelianın hərəkəti ilə bağlı mövqeyini bildirəcəyini açıqlayıb.
İzahat məktubunda qeyd olunur: “İdman və Gənclər Nazirliyindən İtaliyada keçirilən “Tour de Ski” xizək turniri zamanı köynəkdə “Azərbaycan” yazısının bloklanması ilə bağlı izahat verməsini xahiş edirəm”.
Xizək Federasiyasının prezidenti Qaqik Sarkisyan isə idmançının addımının heç bir izaha ehtiyacı olmadığını bildirib.
“Sizə bildiririk ki, qeyd etdiyiniz “Tour de Ski” sadəcə bir turnir deyil, Dünya Kubokunun mərhələlərindən biridir və həmçinin köynəkdə deyil, yarış nömrəsində “Azərbaycan” yazısı var idi və erməninin bu addımı çox aydındır və biz inanırıq ki, bunun heç bir izaha ehtiyacı yoxdur”.
Qeyd edək ki, bu hərəkətinə görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
Sözügedən yazı titul sponsorluğu ilə bağlıdır. 2025-ci ilin may ayında FIS ilə Azərbaycanın Dövlət Turizm Agentliyi arasında beşillik əməkdaşlıq müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, Dünya Kubokunun bir sıra mərhələlərində idmançıların geyimlərində “Azərbaycan” adı yerləşdirilir.
Hadisə İtaliyanın Toblah şəhərində baş verib. İsveçin “Expressen” nəşrinin məlumatına görə, Mikaelyan baş verənlərlə bağlı geniş şərh verməkdən imtina edib və oxşar sanksiyaların təkrarlanacağı təqdirdə yarışları boykot edəcəyini deyib.
Maraqlıdır ki, idmançının həmin yarışlardakı nəticələri uğurlu olmayıb. Belə ki, o, müvafiq olaraq mükafat yerlərindən uzaq – 72-ci, 87-ci və 118-ci yerləri tutub.
Onu da qeyd edək ki, “Tour de Ski” yarışları çərçivəsində Azərbaycanın reklamı təkcə idmançıların formalarında deyil, eyni zamanda tras boyunca da geniş şəkildə nümayiş etdirilib.
Xatırladaq ki, 2026-cı ilin yazında Azərbaycan mogul üzrə Dünya Kubokunun mərhələsinə ev sahibliyi edəcək. Yarışlar 14-15 mart tarixlərində Şahdağda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 10 Yanvar 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















