Bakıda yaşayış kompleksində yanğın Maşınlar da ziyan görüb KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
KONKRET.az bildirir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Uğur” yaşayış kompleksində qeydə alınıb.
Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində altı ədəd plastik tullantı qutusu, yaxınlıqda park edilmiş “Audi” markalı minik avtomobilinin arxa yük hissəsi, “Nissan” və “Ford” markalı minik avtomobillərinin arxa bamperləri, eləcə də “Ford” markalı yük avtomobilinin ön bamperi yanıb.
Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər nəqliyyat vasitələri yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 02 İyul 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















