Bakıda yeni kanalizasiya kollektorları və sutəmizləyici qurğularının tikintisinə başlanıb
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğularının tikintisi layihələrinə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, layihələrdən biri Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı suları üçün sutəmizləyici qurğunun tikintisidir.
Ümumi uzunluğu 23 kilometr, məhsuldarlığı gün ərzində 100 min kubmetr olan gətirici kollektorun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək.
Həmçinin, bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq.
Layihə Səbail, Yeni Yasamal, Badamdar, Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci Sahə və Xocəsən gölü ətrafı ərazilərini əhatə edəcək.
Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur.
Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.
Qalereya
 
      
      
      
      
      
      
           
    
    
    
    
    
    
     
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:93
Baxış sayı:93 Bu xəbər 30 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 30 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















