Icma.az
close
up
RU
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı Video

Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) dinamik inkişafı üçün “AzərEnerji” tərəfindən genişmiqyaslı Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) yaradılması prosesi sürətli şəkildə davam edir. 

“Qafqazinfo” xəbər verir ki, bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc Sistemləri olan bu enerji obyektləri paytaxta yaxın 500 kV-luq “Abşeron”, eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur.

Ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat olan mərkəzlər üçün batareya saxlanc sistemlərinin ilk partiyası artıq bu günlərdə ölkəyə gətirilib. Çinin Great Power zavodunda sifariş əsasında yığılan avadanlıqlar gəmilərə yükləndikdən sonra Sakit Okean, Hind Okeanı, Ölü dəniz, Süveyş kanalı, Aralıq dənizi və Egey dənizini keçərək, Türkiyənin Gemlik Limanına, oradan isə quru yolu ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana gətirilib.  Hər birinin çəkisi 36 ton olan batareya saxlanc sistemləri polis müşahidəsi ilə xüsusi qaydada təyinatı üzrə yerlərinə çatdırılaraq quraşdırılıb. Artıq saxlanc sistemlərinin 15 faizi ölkəyə gətirilib və qalan 85 faizi isə aprel ayına qədər gətirilərək quraşdırılacaq.    

Qeyd edək ki, “AzərEnerji” tərəfindən Batareya Saxlanc Mərkəzlərin yaradılması enerji sisteminin dayanıqlığının artırılması, tezliyin sabit saxlanılması, BOEM-lərdə dəyişkənliyin balanslaşdırılması, pik yüklərin ödənilməsi, günəş enerjisinin azalması saatlarında yük qrafikinin hamarlanması və qəza hallarında enerji sisteminin sıfırdan bərpası baxımından strateji əhəmiyyət daşıyır. Bu sistemlər Azərbaycanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, enerji şəbəkəmizin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimində etibarlı fəaliyyətini təmin edəcək.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see363

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see245

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri