Icma.az
close
up
RU
Bakıda yeni metro stansiyası tıxac probleminin həllinə kömək edəcəkmi? RƏY

Bakıda yeni metro stansiyası tıxac probleminin həllinə kömək edəcəkmi? RƏY

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Metronun “Nizami” stansiyasından sonra “Sahil” stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və artıq qırmızı xəttə keçid olacaq.

Bəs yeni stansiyalar tıxacın azalmasına kömək edə biləcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, metroların sayının çox olması, şəhərin müxtəlif yerlərində stansiyaların yerləşməsi, təbii ki, ümumi götürəndə yerüstü nəqliyyatda sıxlığın azalmasına müsbət təsir göstərir:

"Sahil metrosunun yaxınlığında olan nəqliyyat qovşağının, yəni metro stansiyasından çıxışın qurulacağı yer çox əhəmiyyətlidir. Əgər stansiya şəhərin mərkəzi istiqamətinə, bizim “Torqovi” dediyimiz ərazilərə tərəf qurulacaqsa, sözsüz ki, bu faktor öz təsirini göstərəcək. Amma əsas odur ki, stansiyaların və metronun sayını artırmaqla yanaşı, yeni tikilən metro stansiyalarının tutumunu da çoxaltmaq lazımdır ki, daha çox vaqon həmin stansiyalarda dayanmaq, yerləşmək imkanına malik olsun. Eyni zamanda hərəkət intervalını azaltmaq lazımdır ki, daha çox sayda qatar xidmətə çıxa bilsin və sərnişindaşımanın intensivliyi təmin edilsin. Əgər metroda sərnişindaşımanın intensivliyini təmin edə bilsək və bununla yanaşı şəhərin müxtəlif istiqamətlərində, xüsusən də periferiyalarda metro stansiyalarının sayını artıra bilsək, təbii ki, bu, gələcəkdə Bakının tıxac probleminin həllində müsbət rol oynaya bilər".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri