Bakıda yeni park salınacaq, söküntü işlərinin həcmi açıqlanıb
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Yasamal rayonundakı Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınmasının ehtimal olunan qiyməti 38 milyon manat təşkil edir.
Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36 min 658 kubmetr təşkil edən binaların uçurulma metodu ilə sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.
Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 5 700 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər dekabrın 23-ü saat 17:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 13 Dekabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















