Bakıda yeni park salınır 38 milyon manatlıq LAYİHƏ
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Yasamal rayonunda yerləşən Mərkəzi Parkın davamı olaraq üç küçənin əhatəsində yeni parkın salınması üçün sərf olunacağı proqnozlaşdırılan vəsaitin həcmi açıqlanıb.
Milli.Az xəbər verir ki, söhbət S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni parkdan və ətraf ərazilərin abadlaşdırma işlərindən gedir.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti sözügedən işlərin icrasının 38 000 000 manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, sözügedən parkın layihəsini "Az.Arxitektura" şirkəti 1,43 milyon manata hazırlayıb.
Xatırladaq ki, paytaxtın simasını gözəlləşdirən Mərkəzi park 2019-cu ildə açılıb. /İqtisadiyyat.az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 13 Dekabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















