Firdovsi Eyvazov: “Mənim üçün Vətənə xidmət təkcə səngərdə deyil, sənətdə də davam edir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 8 noyabr, AZƏRTAC
Vətənə xidmət yalnız döyüş meydanında silahla mübarizə aparmaq deyil, həm də milli mədəniyyəti, tarixi və mənəvi dəyərləri yaşatmaqdır. Vətən müharibəsində Füzuli, Xocavənd və Şuşa istiqamətlərində döyüşmüş, yaralandıqdan sonra yenidən cəbhəyə qayıtmışam.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi, Vətən müharibəsi iştirakçısı Firdovsi Eyvazov bildirib.
Firdovsi Eyvazov Bakı Xoreoqrafiya Akademiyasında orta ixtisas təhsili pilləsi üzrə rəqs müəllimliyi ixtisasını bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışmağa başlayıb. Hazırda isə akademiyanın İncəsənət fakültəsində ali təhsilini davam etdirir. O bildirib ki, 2020-ci il sentyabrın 21-də könüllü olaraq hərbi təlim toplanışına qoşulub və Azərbaycan Ordusunun sıralarına qatılıb. Sentyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətinə yola düşən döyüşçünün döyüş yolu Alxanlı kəndi istiqamətindən başlayıb.
Onun sözlərinə görə, 2020-ci il oktyabrın 4-də Füzuli rayonu ərazisində düşmənin artilleriya atəşi nəticəsində yaralanıb və təxliyənin çətinliyi səbəbindən yalnız bir gün sonra hospitala çatdırılıb. Altı günlük müalicədən sonra öz istəyi ilə yenidən döyüşlərə qayıdaraq Xocavənd və Şuşa istiqamətlərində aparılan əməliyyatlarda iştirak edib.
O, Şuşanın azad olunması xəbərinin döyüşçülər üçün böyük sevinc və qürur mənbəyi olduğunu vurğulayıb: “Bu xəbər bizim üçün yalnız hərbi qələbə deyil, həm də milli qürurumuzun, tarixi ədalətin və Vətən sevgisinin təntənəsi idi”.
Döyüş xidmətlərinə görə Firdovsi Eyvazov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. O, bu medalların keçdiyi döyüş yolunun, yaşadığı çətinliklərin və Vətən qarşısında daşıdığı məsuliyyətin rəmzi olduğunu bildirib.
“8 Noyabr mənim üçün sadəcə təqvimdə qeyd olunan bir gün deyil. Bu tarix həyatımın ən qürurlu, ən təsirli və heç vaxt unudulmayacaq günlərindən biridir. Zəfər bizim tariximizdir, şəhidlərimizin əmanətidir, qazilərimizin qürurudur və gələcək nəsillərimizin məsuliyyətidir”.
Müxbir-Tünzalə Arazlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Noyabr 2026 04:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















