Icma.az
close
up
RU
Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb AZƏRTAC

Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 noyabr, AZƏRTAC

Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, müstəqil ekoloqların, dövlət qurumları, tikinti şirkətləri, QHT və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən inşası nəzərdə tutulmuş tədris korpusu binası və qazanxana binasının tikinti layihəsinin, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində, 2532-ci məhəllədə “Orbita” MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsinin, həmçinin Suraxanı rayonu Yeni Günəşli “D” yaşayış sahəsi, 27 saylı binanın şimal hissəsində yerləşən “Etibarlı” MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının tikinti layihələrinin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Agentlik rəsmiləri tərəfindən bildirilib ki, hər hansı bir layihə həyata keçirilərkən, onda bütün ekoloji məsələlər öz əksini tapmalı, ətraf mühitin mühafizəsi ilə bağlı bütün tələblərə əməl edilməlidir. Layihələrin ekoloji tərəfləri müəyyənləşdirilir, öhdəliklər və görüləsi işlər layihə icraçılarına təqdim olunur ki, sonradan ekoloji fəsadlar baş verməsin. Bunlar xüsusilə yaşıllıqların qorunması, atmosferin mühafizəsi və əmələ gələn tullantı sularının idarə olunmasıdır.

Müzakirələrin sonunda adıçəkilən müraciətlərin rəy verilmə mərhələsində olduğu bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see173

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see144

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see139

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see135

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see133

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see126

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see126

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see118

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see117

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri