Icma.az
close
up
RU
Bakıda yeniyetmənin faciəvi ölümü: Səbəb orucdur, yoxsa?..

Bakıda yeniyetmənin faciəvi ölümü: Səbəb orucdur, yoxsa?..

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı məktəbli çərşənbə tonqalına baxarkən eyvandan yıxılaraq ölüb. Yeniyetmənin oruclu olduğu, gün ərzində başının gicəlləndiyi və özünü yaxşı hiss etmədiyi bəlli olub. Faciəvi hadisə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Kimisi uşağın oruca görə “qurban” olduğunu deyir, kimisi böyükləri günahlandırır. Xüsusilə valideynlərin övladlarına oruc tutmağa icazə verməsi tənqid edilir.

Tibb və din buna nə deyir?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, uşaqların oruc tutması məqsədəuyğun deyil:

Adil Qeybulla

“Reallıqları dərk edən, öz nəfsini idarə edə bilən adamlar oruc tuta bilər. Axı uşaq bunları tam anlamır. Ona görə də valideynlər belə şeyləri məcbur etməməli, əksinə çəkindirməlidirlər. Azyaşlılar din və qaydalarını tam dərk etdikdən sonra özləri qərar verməlidirlər. Ümumilikdə bu hadisə oruc tutmaq məsələsi ilə ört-basdır edilə bilməz. Ölüm halı var və bu, araşdırılmalıdır. Mütləq meyit yarılmalı, analiz götürülməli və səbəblər müəyyənləşdirilməlidir. Kiminsə fərziyyəsi ilə nəsə həll olunmur”.

İlahiyyatçı Əkrəm Həsənov bildirib ki, həddi-büluğa çatsalar da, uşaqların oruc tutmasına qarşıdır:

Əkrəm Həsənov

“Bəzən valideynlər buna təhrik edirlər. İslamda oruc yalnız fiziki və psixoloji cəhətdən hazır olan şəxslər üçün vacib sayılır. Yeniyetmələr, xüsusilə də inkişaf dövründə olan uşaqların uzun müddət ac qalması onların sağlamlığına ciddi təsir göstərə bilər. Bu, başgicəllənmə, zəifləmə və bəzən də həyat üçün təhlükəli vəziyyətlərə gətirib çıxarar. Bir yeniyetmə oruc tutmaq istəyirsə, valideynləri və yaxınları onun sağlamlıq durumunu nəzarətdə saxlamalıdır. Tam gün oruc tutmağın uşaq üçün təhlükəli olub-olmadığını qiymətləndirməlidir. Həmçinin valideynlər övladlarına dinin mahiyyətini başa salmalı və təhlükəli qərarlarına mane olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Mart 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri