Azərbaycanlı maestro İstanbul səhnəsində
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
İstanbulda Cemal Reşit Rey (CRR) Konsert Zalında Azərbaycanın Əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirilib.
XQ xəbər verir ki, konsertdə maestro Türkiyənin tanınmış musiqi kollektivlərindən biri olan Cemal Reşit Rey Simfonik Orkestrinə dirijorluq edib. Gecənin solisti isə tanınmış türk arfa ifaçısı Merve Kocabeyler olub.
Konsert proqramında dünya simfonik musiqi ədəbiyyatının üç görkəmli əsəri təqdim olunaraq müxtəlif musiqi ənənələrinin zəngin çalarları nümayiş etdirilib.
Gecə Qustav Malerin 5-ci Simfoniyasından təsirli Adagietto ilə açılıb.
Proqramın birinci hissəsində Reynqold Qliyerin arfa və orkestr üçün Mi-bemol major konserti (Op. 74) səsləndirilib. Solist Merve Kocabeyler əsərin ifası zamanı alətin zəngin ifadə imkanlarını, virtuoz ifaçılıq məharətini və incə musiqi duyumunu nümayiş etdirib.
Konsertin ikinci hissəsində isə Pyotr İliç Çaykovskinin si minor tonallığında, Op. 74 nömrəli “Patetik” adlı 6-cı Simfoniyası ifa olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















