Estoniyada neçə azərbaycanlı təhsil alır?
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Avropa İttifaqının dəstəyi, bir sıra üzv ölkələrin, Azərbaycanın və digər dövlətlərin iştirakı ilə yaşıl enerji sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı dialoqun mövcud vəziyyəti, ölkəmizin Şərq-Qərb dəhlizi üzərindəki xüsusi rolu və bu dəhlizin daşıma qabiliyyətinin artırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar müzakirə olunub. O qeyd edib ki, bu məsələ bütün üzv ölkələr üçün böyük maraq kəsb edir.
C.Bayramov humanitar və turizm sahələrindəki əməkdaşlıq barədə də danışdıqlarını vurğulayıb. O, hazırda Estoniyada 200-dən bir qədər artıq azərbaycanlı tələbənin təhsil aldığını, ali təhsil müəssisələri arasında mübadilə proqramlarının və akademik əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb.
XİN rəhbəri bu əlaqələrin həm Azərbaycan, həm də Estoniya tərəfindən çox müsbət qarşılandığını və hərtərəfli dəstəkləndiyini bildirib.
Zeynəb Rzayeva
Baxış sayı:121
Bu xəbər 27 Noyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















