Icma.az
close
up
RU
Bakıda “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin təltifetmə mərasimi keçirilib AZƏRTAC

Bakıda “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin təltifetmə mərasimi keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) bu ilin mart ayında elan etdiyi “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin təltifetmə mərasimi baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov müsabiqənin əsas məqsədinin peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirmək olduğunu diqqətə çatdırıb.

Müsabiqədə tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun tədqiqatla məşğul olan nümayəndələr qatılıblar.

“2016-cı ildən bu günədək Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən artıq 8-ci dəfə keçirilən müsabiqədə hər il təqdim olunan layihələrin sayı artır. Bu il “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinə 382 nəfər iştirak üçün müraciət edib", - deyə D.Bədirxanov bildirib.

D.Bədirxanov qeyd edib ki, bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində sözügedən müsabiqənin mövzusu da iqlim dəyişikliyi və onunla mübarizədə kosmik həllərin tətbiqinə həsr olunub.

“Azərkosmos”un məsafədən zondlama üzrə aparıcı mütəxəssisi İsmət Baxışov çıxışında bildirib ki, bütün inkişaf etmiş ölkələrdə Yerin məsafədən müşahidəsində peykdən geniş istifadə edilir: “Azərbaycanda da bu xidmətlər göstərilir. Belə ki, Azərbaycanda peyk təsvirləri vasitəsilə təsərrüfatları monitorinq, əkinlərin vegetasiya dövründə bütün neqativ hallarını müşahidə etməklə əvvəlcədən tədbirlər görülə bilər. Hazırda regional səviyyədə su resurslarının mütəmadi olaraq monitorinqi həyata keçirilir”.

İ.Baxışov deyib ki, bu müsabiqənin iştirakçıları kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması ilə bağlı ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizuallaşdırma imkanı əldə ediblər.

Daha sonra tədbirdə qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqənin ilk üç qalibi müvafiq olaraq birinci yer üzrə 5000 manat, ikinci yer üzrə 3000 manat və üçüncü yer üzrə 1500 manat məbləğində pul mükafatı ilə təltif olunublar.

Layihədə birinci yerin qalibi Həmidə Xanməmmədova AZƏRTAC-a müsahibəsində deyib ki, Yer səthinin məsafədən müşahidəsi sahəsində mütəxəssis olaraq Bakıda şirkətlərdən birində çalışır. Bu sahədə artıq 4 ildir ki fəaliyyət göstərən Həmidə “Azərkosmos”un müsabiqəsində qalibiyyətini böyük motivasiya olduğunu bildirib: “Bu layihəni startap olaraq davam etdirmək istəyirəm. Layihəmin mövzusu “Aqro-iqlim rayonlarının zonalaşdırılması və geoloji inteqrasiyası” əsasən proseslərin avtomatlaşdırılmasında yaranan çətinlikləri aradan qaldırmaqdır. Əsasən üç metodologiya layihədə öz əksini tapıb. Ümid edirəm ki, bu layihə bu sahədə olan digər həmkərlarıma bir faydası toxunacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri