Icma.az
close
up
RU
Yerin Məsafədən Müşahidəsi müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

Yerin Məsafədən Müşahidəsi müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, müsabiqə son illərdə ölkəmizdə peyk təsvirləri və Coğrafi İnformasiya Sistemlərinə (CİS) marağın artmasına mühüm töhfə verir. 2025-ci il üzrə müsabiqəyə ümumilikdə 293 müraciət daxil olub. Onlardan 74 layihə təqdim edilib və yalnız 50-si final mərhələsinə keçib. Layihələr arasında süni intellekt, rəqəmsal həllər, Qarabağ mövzusu, ətraf mühit, xəritəçəkmə və digər istiqamətlər üzrə işlər yer alıb.
Azərkosmosun İdarə Heyətinin sədr müavini və Münsiflər Heyətinin sədri Fuad Aslanov çıxış edərək ölkəmizdə kosmik maarifləndirmə və geoinformasiya sahəsinin inkişafında müsabiqənin rolunu vurğulayıb.
Tədbir çərçivəsində interaktiv formatda viktorina da keçirilib. İştirakçılar peyk təsvirləri, CİS texnologiyaları və məsafədən müşahidə mövzularında biliklərini sınayıblar. Ən yüksək nəticə göstərən beş iştirakçı “Esri ArcGIS Pro” platforması üçün 1 illik lisenziya ilə mükafatlandırılıb.
Münsiflər heyətinin üzvləri Coğrafi İnformasiya Sistemləri üzrə müstəqil ekspert, fəlsəfə doktoru, professor Rauf Əmənov və fəlsəfə doktoru Rüstəm Rüstəmov təqdim olunan işlərin elmi, texniki və tətbiqi dəyəri haqqında çıxışlar ediblər.
Bu ilki müsabiqənin yeniliklərindən biri də 5 müxtəlif nominasiya üzrə əlavə mükafatların təqdim edilməsi olub. Qaliblər aşağıdakılardır:
• Ən yaxşı ətraf mühitə təsirin qiymətləndirilməsi – Mehrin Əzizli
• Ən yaxşı rəqəmsal həll – Məleykə Paşayeva
• Ən yaxşı süni intellekt həlli – Ərtuğrul Qayıbov
• Ən yaxşı dəqiq əkinçilik layihəsi – Nahid Məmmədov
• Ən yaxşı xəritə dizaynı – Fidan Valehova
Hər bir nominasiya qalibi 500 AZN pul mükafatı və 1 illik “ArcGIS Pro” lisenziyası ilə təltif olunub.
Tədbirin ən həyəcanlı hissəsində isə əsas üç yer üzrə qaliblər elan edilib:
• III yer Fəqan Umarov “Torpaq Səthinin Müşahidə Sistemi” layihəsi
• II yer Fatma Elik (Türkiyə) “HydroAlert Azerbaijan: AI-Powered Flood Monitoring and Forecasting System”
• I yer Aysel Səlimova “Ağdam rayonunda torpağın orqanik karbonunun CİS və Məsafədən Müşahidə metodları əsasında proqnozlaşdırılması”
Qaliblər diplom və xüsusi mükafatlarla təltif olunublar.
Qaliblər arasında Türkiyə vətəndaşının da yer alması artıq müsabiqənin təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də qəbul olunduğunu göstərir. Bu fakt Azərkosmosun təşəbbüsünün regional miqyasda maraq yaratdığını və peyk məlumatları üzrə elmi-texniki əməkdaşlığın genişləndiyini təsdiqləyir.
Azərkosmos müsabiqəyə qatılan iştirakçılara təşəkkür edir, gələcək layihələrində uğurlar arzulayır və ölkədə geoinformasiya texnologiyalarının inkişafı istiqamətində bu kimi təşəbbüslərin davamlı olacağını bildirir.
AzVision.az Qalereya
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri