Icma.az
close
up
RU
BDU tələbələri Yer səthinin məsafədən müşahidəsi ilə bağlı layihələr hazırlayıblar AZƏRTAC

BDU tələbələri Yer səthinin məsafədən müşahidəsi ilə bağlı layihələr hazırlayıblar AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin magistrantı İmran Bayramov və IV kurs tələbəsi Sona Paşayeva Yer səthinin məsafədən müşahidəsi ilə bağlı layihələr hazırlayıblar.

BDU-dan AZƏRTAC-a bildirilib ki, İmran Bayramovun layihəsində “Sərsəng su anbarı və ətraf ərazilərində təbii-ekoloji şəraitin məskunlaşma prosesinə və təsərrüfatın inkişaf imkanlarına təsiri” tədqiq edilib. Layihə çərçivəsində Sərsəng su anbarının əsas hidroekoloji, geomorfoloji və ekocoğrafi parametrləri hesablanıb, təhlil olunub və beynəlxalq qiymətləndirmə meyarları ilə uyğunlaşdırılıb. Layihənin ərsəyə gəlməsində “Google Earth Pro”, “Google My Map”, “QGis" və digər xəritələrin CİS mühitində emalı alətlərindən istifadə olunub. Layihə çərçivəsində “Azərkosmos”un 2017-ci il, 2020-ci il və 2023-cü illərə aid təqdim etdiyi peyk təsvirləri ilə yanaşı, digər peyklərin (“Sentinel”, “Landsat” və b.) təsvirlərindən də istifadə edilib. Aparılmış tədqiqatlar nəticəsində Sərsəng su anbarının ətraf ərazilərinin təbii şəraiti ilə yanaşı, həm də ölkənin qərb rayonları ilə nəqliyyat-kommunikasiya perspektivlərinin geniş olduğu müəyyənləşdirilib. Layihə çərçivəsində Sərsəng su anbarı üçün sahil ekosistemlərini idarəetmə planı da hazırlanıb.

Sona Paşayeva isə layihəsində ekoloji və rekreasiya təyinatlı yaşıllıqların şəhərlərin dayanıqlı inkişafına təsirini tədqiq (Xaçmaz inzibati rayonu timsalında) edib. Layihədə Xaçmaz şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Xaçmaz şəhərinin Baş planı” çərçivəsində şəhərin inkişaf zonasına daxil olan ərazilərdə mövcud və yaradılması nəzərdə tutulan infrastruktur təhlil olunub. Şəhər ekosisteminin davamlılığı naminə ekoloji və rekreasiya təyinatlı yaşıllıqların sayının artırılmasına dair konkret təkliflər hazırlanıb. Layihədə Xaçmazın yaşıllıqlarla əhatə olunması üzrə beynəlxalq müqayisələr də aparılıb və dayanıqlı şəhər idarəetmə multimodeli təklif olunub.

Xatırladaq ki, bu layihələr Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) təşkil etdiyi “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin finalında 52 layihə arasında da yer almışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri