Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert atəşfəşanlıqla başa ÇATDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib. Tədbir Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları, müğənnilər və rəqs kollektivləri çıxış ediblər.
Konsert proqramında Azərbaycanın qəhrəmanlıq salnaməsini, Vətən sevgisini, milli ruhu və xalqımızın sarsılmaz iradəsini tərənnüm edən musiqi nömrələri səsləndirilib. İfa olunan vətənpərvərlik mahnıları, rəngarəng səhnə kompozisiyaları və rəqs nömrələri tarixi Qələbənin yaratdığı qürur hissini bir daha yaşadıb.
Azərbaycan xalqının birliyini, həmrəyliyini və Zəfər əzmini nümayiş etdirən tədbirdə 30 illik torpaq həsrətinə son qoyan, ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Qələbənin əhəmiyyəti musiqi və sənətin dili ilə ifadə olunub.
Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.




























Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Noyabr 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















