Icma.az
close
up
RU
Bakıda zibili hələ də düzgün atmırlar Vətəndaşlara ÇAĞIRIŞ

Bakıda zibili hələ də düzgün atmırlar Vətəndaşlara ÇAĞIRIŞ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-Kommunal Təsərrüfatı Departamenti paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı həyata keçirilən layihənin cari vəziyyətini açıqlayıb.

Departamentdən Modern.az-a verilən məlumata görə, artıq 8 ilə yaxındır davam edən və ilkin olaraq Nərimanov rayonunda start götürən layihə mərhələli şəkildə genişləndirilib. Hazırda Bakının 10 rayonu aktiv şəkildə bu prosesə qoşulub.

Layihə çərçivəsində paytaxt küçələrində xüsusi meydançalar yaradılıb və iki fərqli rəngdə – narıncı və yaşıl konteynerlər quraşdırılıb. Qurum rənglərin təyinatını sakinlərə növbəti dəfə xatırladıb:

"Buradakı narıncı konteynerlər yalnız çeşidlənmiş (kağız, karton, plastik, şüşə, metal) tullantılar üçündür. Digər yaşıl konteynerlər isə ümumi və qida tullantıları üçün nəzərdə tutulub". 

Məlumata görə, dövlət tərəfindən ayrılan vəsait hesabına şəhərə 156 ədəd müasir, xüsusi təyinatlı avtomobil gətirilib. Qrafikə uyğun olaraq, ümumi və çeşidlənmiş zibillər bir-birinə qarışdırılmadan tamamilə fərqli maşınlarla Balaxanıdakı Tullantıların Çeşidlənməsi Zavoduna daşınır. Orada tullantıların bir hissəsi təkrar emala yönəldilir, digər hissəsi isə yandırılaraq elektrik enerjisinə çevrilir. Bəzi neqativ hallar hələ də qalmaqdadır. Vətəndaşlar zibili düzgün konteynerə atmır və ya kisələri qutuların kənarına qoyaraq kommunal işçilərinin fəaliyyətini çətinləşdirirlər. Qurum bu problemi cərimələrlə deyil, maarifləndirmə yolu ilə həll etmək niyyətindədir:

"Hazırda hər bir məntəqəyə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xüsusi işçiləri təhkim olunub. Onlar gün ərzində ərazini təmizləyir və zibil atmağa gələn sakinləri təlimatlandırırlar. Həmçinin yay mövsümü ilə əlaqədar meyvə-tərəvəz qalıqlarının qoxu və infeksiya yaratmaması üçün meydançalar mütəmadi yuyulur və dezinfeksiya edilir".

Departament beynəlxalq təcrübəyə də diqqət çəkib. Almaniya, İsveç, Niderland və Finlandiya kimi ölkələrdə sistemin daha mürəkkəb olduğu vurğulanıb. Məsələn, Finlandiyada evlərdə zibillər 5 fərqli kateqoriyaya bölünür və küçələrdə 5 rəngdə qutular qoyulur. Bu da həm təkrar emaldan gələn gəliri artırır, həm də iş prosesini asanlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri