Bakıdakı ABŞ səfirliyi fəaliyyəti ilə bağlı məlumat yayıb
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
"Maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, "Facebook" sosial media hesabımızda tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq. İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir".
Reyting.az xəbər verir ki, bu məlumatı ABŞ-nın Azərbaycandakı səfirliyi yayıb.
Səfirilik bildirilir ki, hazırda ABŞ-da, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək.
Birləşmiş Ştatların diplomatik nümayəndəliyinin məlumatında qeyd olunur: "Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır. Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün travel.state.gov saytına daxil olun".

Bakıdakı ABŞ səfirliyi: Sənəd yeni mərhələnin başlanğıcıdır
27 Avqust 2025 13:43
Bakıdakı partlayışla bağlı TƏBİB məlumat yaydı
27 İyun 2025 07:08
DİN dən Bakıdakı narkotik əməliyyatı ilə bağlı MƏLUMAT
28 Mart 2025 11:38
ABŞ İsraildəki səfirliyi ilə bağlı məlumat yaydı
18 İyun 2025 06:27
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı Video
25 May 2025 20:38

