Icma.az
close
up
RU
Bakıdakı bu xəstəxanada insanları itlər müalicə edir

Bakıdakı bu xəstəxanada insanları itlər müalicə edir

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtlərlə müalicə-yəni kanisterapiya dünyada geniş yayılıb. Nə qədər qəribə səslənsə də bu müalicə üsulunda xəstələri itlər müalicə edir. Ölkəmizdə 1 saylı Respublika Psixioterapiya xəstəxanasında bu müalicə üsulundan çox istifadə edilir.

Xəstəxananın həkim-psixiatrı Ayşən İsgəndərova Medianews.az-a verdiyi açıqlamada bildirib ki, bu üsulu 2015-ci ildən tətbiq etməyə başlayıb:

“Bu müalicə üsulu xəstələrə ev heyvanları vasitəsilə tətbiq olunur. Xüsusilə də ev heyvanlarından atlardan, itlərdən və pişiklərdən istifadə olunur. Bu metodikanın adı pet terapiyadır. Pet inglis dilindən tərcümədə ev heyvanı deməkdir. Bu terapiyadan ürək-damar xəstəliklərindən başlayaraq psixi xəstəliklərin müalicəsində istifadə olunur. Bizim ruhi dispanserdə bu müalicə üsulunu 2015-ci ildə mən başlamışam. Ümumiyyətlə Azərbaycanda bu terapiya heç yerdə yoxdur. Mənim qabağıma kimsəsiz heyvan çıxdı. Gördüm ki, çox arıqdır. Düşündüm ki, ona yemək lazımdır, çox ehtiyacı var. Özüm də o dönəmdə oruc tuturdum və başa düşürdüm ki, aclıq nə deməkdir? Həmin heyvana yemək verməyə qərara gəldim. Bir neçə gün sonra mən özümdə qıcığlılığın, əsəbin azalmasını müşahidə etdim. Dərhal mən bunu araşdırmağa başladım ki, bu nə deyilən bir şeydir ki, mən adi bir heyvanla ünsiyyət edirəm və niyə belə rahatlaşıram? Mənim bu araşdırmam pet terapiyaya gətirib çıxardı. Ona görə də işlədiyim yerdə bunun tətbiqinə başladım. Biz bilirik ki, psixiatrix xəstələrin fəaliyyəti uzunmüddətli və çətin tabe olandır. Ona görə bu metodika çox yerinə düşdü. Təbii ki, təkcə pet terapiya ilə deyə bilmərik ki, xəstə sağalır. Mütləq şəkildə dərman terapiyası da olmalıdır. Elmi-tədqiqatlar da bunu sübut edir ki, pet terapiya pasientlərə müsbət, emosional təsir göstərir. Psixiatriya sahəsini götürsək, xüsusilə şizofreniya, depressiya pasientlərində, hansısa bir asılığı olan pasientlərdə (bura aiddir alkoqolizm və narkomaniya asılılığı), postravmatik stress pozuntusu olan xəstələrdə, uşaqlarda autizm rast gəlinəndə pet terapiya çox yaxşı, müsbət nəticələr göstərə bilər. Bizim xəstəxanada itlərlə tətbiq olunur bu müalicə üsulu. İt təmənnasız sevginin əsaslarını inkişaf etdirən bir heyvandır. O səni sadəcə var olduğun üçün sevir. Psixi xəstəliyi olan pasient biz bilirik ki, özünə qapanır, ətrafda sosiallaşma problemi yaşayır. O pasienti cəmiyyət qəbul etməkdə çətinlik çəkir. Pasient özü də cəmiyyətə sosiallaşmasında da böyük qadağaları və problemləri olur. Məhz heyvanlarla ünsiyyət, münasibət onlara bu məsələdə müsbət təsir göstərir”.

Ayşən İsgəndərova deyir ki, müalicənin daha effektiv olması üçün metodda küçə itlərindən istifadə edilir:

“Əks göstərişlər bu ola bilər ki, insanın heyvanlara allergiyası olsun. Və yaxud sadəcə qorxsun. Sübut olunmuş tədqiqatlar da deyir ki, heyvanlar emosiyalarımızı stabilləşdirməyə kömək edir. Heyvanlar biz insanları daha rahat, daha sakit olmağa kömək edir. Biz ətrafa etibarımızı, özümüzə əminliyimizi inkişaf etdiririk. Sırf bu terapiyadan keçən xəstələrdə nəzərdə tuturam. Təbii ki, ünsiyyət bacarıqlarının sosiallaşmasına da kömək edir. Heyvanlarla ünsiyyət bizi tənhalıqdan azad edir. Bizim qıcıqlığımız, qəzəbimiz azalır. Hətta yuxusuzluğa belə müsbət təsir göstərir. Xoşbəxtlik hormonlarının bizim beynimizdə səviyyəsi qalxır. Nəticədə insanlar xoşbəxt olur və sevinir. İtlərdən başqa heyvanlarla müalicəni düşünmürəm. Bir tərəfdən də bizim müalicədə sırf kimsəsiz heyvanlardır iştirak edən. Küçədə olan heyvanlardır. Biz onları küçələrdən yığırıq. O heyvanlar tibbi cəhətdən vaksinasiya olunub. Həkim nəzarəti altındadır. Kimsəsiz heyvanların cəmiyyətdə düzgün bəslənməsinə nəzarəti gücləndirmişik ki, onlar çoxalmasınlar. Onların sağlamlığı düzgün olsun. Bir tərəfdən həm cəmiyyətə, həm də heyvanlara kömək edirik. Kimsəsiz it mövzusu çox həssasdır. Ələxsus bizdə əhali arasında kimsəsiz heyvanlara qarşı mənfi münasibət yaranıb. İnsanların bu haqda yetərincə biliyi yoxdur. Ona görə də hələ ki, bu terapiyanı kimsəsiz itlərlə düşünürük”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri