Icma.az
close
up
RU
Bakıdakı dünya çempionatında 600 dən çox idmançı çıxış edəcək

Bakıdakı dünya çempionatında 600 dən çox idmançı çıxış edəcək

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və qonaqlar iştirak ediblər.

Mətbuat konfransında əvvəlcə 4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və yarışın tanıtım çarxı nümayiş olunub.

Ardınca çıxış edən ACF-in icraçı prezidenti Rəşad Rəsullu dünya çempionatına hazırlıq işlərinin plan üzrə davam etdiyini bildirib. O qeyd edib ki, yarışın yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan Cüdo Federasiyası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə sıx və koordinasiyalı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Rəşad Rəsullu bildirib ki, dünya çempionatının bilet satışına 2 iyul tarixində start verilib. Azarkeşlər biletləri həm onlayn, həm də şəhərdə fəaliyyət göstərən iTicket satış məntəqələrindən əldə edə bilərlər. O, azarkeş marağının yüksək olduğunu vurğulayaraq, indiyədək 670 biletin satıldığını diqqətə çatdırıb.

İcraçı prezident qeyd edib ki, yarışın rəsmi əsasnaməsi iyulun 3-dən etibarən IJF tərəfindən dərc olunub və media akkreditasiyası da daxil olmaqla bütün təşkilati proseslər təsdiq olunmuş qrafik üzrə davam edir.

Bildirilib ki, dünya çempionatında 100-ə yaxın ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir. Artıq Yaponiya və Fransa kimi aparıcı cüdo ölkələri yarış üçün heyətlərini açıqlayıblar. Bakıda Olimpiya, dünya və qitə çempionları olmaqla dünya cüdosunun ən güclü idmançıları mübarizə aparacaqlar.

Milli komandanın hazırlıq prosesindən danışan Rəşad Rəsullu ilin əvvəlindən etibarən yığmanın Avstriya, Belçika, Fransa, Özbəkistan, Çexiya, Gürcüstan, İspaniya, İtaliya və Monqolustanda keçirilən beynəlxalq təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib. Hazırda komandanın bir neçə üzvü Yaponiyada, əsas heyəti isə Qusarda (Şahdağ) hazırlığını davam etdirir.

Onun sözlərinə görə, 5–15 avqust tarixlərində millinin Qazaxıstanda keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirakı nəzərdə tutulur. Eyni zamanda, növbəti aylarda bir sıra xarici milli komandaların iştirakı ilə Bakıda da beynəlxalq təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır. Qeyd olunub ki, Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək yekun heyəti 11–13 sentyabr tarixlərində keçiriləcək Macarıstan Böyük Dəbilqə turnirindən sonra açıqlanacaq.

Heyətin formalaşdırılmasında əsas meyarlar Böyük Dəbilqə turnirlərində əldə olunan nəticələr və idmançıların məşq prosesində nümayiş etdirdikləri peşəkar yanaşma olacaq. Mətbuat konfransında dünya çempionatı üzrə media akkreditasiyası barədə məlumat verilib. Bildirilib ki, müraciətlər IJF-in Media Platforması vasitəsilə qəbul olunur və son müraciət tarixi 27 sentyabr 2026-cı ildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyul 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri