Icma.az
close
up
RU
Millinin sabiq baş məşqçisi: “Komandamız Bakıdakı Avropa çempionatında layiqli çıxış edəcək MÜSAHİBƏ

Millinin sabiq baş məşqçisi: “Komandamız Bakıdakı Avropa çempionatında layiqli çıxış edəcək MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinin üzvü, milli komandanın sabiq baş məşqçisi Ceyhun Məmmədəliyevin AZƏRTAC-a müsahibəsi

- Bu gün Bakıda ilk dəfə keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatı start götürdü. Azərbaycanın belə nüfuzlu turnirə ev sahibliyi etməsinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, çox irimiqyaslı yarışdır. Son 10 il ərzində ölkəmizdə Avropa və İslam Həmrəylik Oyunları kimi bir çox mötəbər turnir təşkil edilib. İdmançılarımız ilk dəfədir ki, öz ölkələrində belə nüfuzlu badminton yarışında iştirak edirlər. Ümid edirəm ki, bu turnirdə layiqli çıxış edəcəklər.

- Turnirdə Avropanın ən güclü badminton yığmaları mübarizə aparır. İngiltərə, İspaniya, Danimarka ilə birlikdə birinci qrupda yer alan Azərbaycan millisinin şanslarını necə qiymətləndirirsiniz?

- İştirakçı komandaların tərkibində Olimpiya çempionları, dünya və Avropa çempionatlarının mükafatçıları, bir sözlə titullu bir çox badmintonçu yer alır. Belə idmançılarla mübarizə aparmaq çox çətindir. Azərbaycan millisinin rəqibləri Avropa və dünya miqyasında öz sözlərini demiş kollektivlərdir. Xüsusilə Danimarka və İspaniya ilə matçlarda qalib gəlmək çətin olacaq. Əsas məqsəd layiqli mübarizə aparmaq, yaxşı nəticələr əldə etməkdir.

- Milli komandamızın heyətində yeniyetmə badmintonçular da yer alırlar. Onlardan nə gözləyirsiniz?

- Bəli, burada komandaların əksəriyyəti böyüklərdən ibarətdir. Lakin bizim komandamız gənc hesab olunur. Bu məqam bizi çox sevindirir. Çünki Avropa çempionatı böyüklər arasında təşkil olunub. Hətta iki gənc idmançımız - Ülvi Hüseynov və Həcər Nuriyeva Dünya Badminton Federasiyasının (BWF) açıqladığı reytinq siyahısında “Top-100”ə düşüblər. Bu o deməkdir ki, həmin gənclər gələcəkdə böyüklər arasındakı yarışlarda da yaxşı nəticələr qazanacaqlar. Yeniyetmə badmintonçularımız bizim gələcəyimizdir.

- Onların arasında kimlərə daha böyük ümid bəslənilir?

- Qızlarımızdan Leyla Camalzadə ilə Həcər Nuriyevanın adını xüsusi qeyd etmək istərdim. Onlar çox perspektivli gənclərdir. Bu gün və ya digər günlərdə keçiriləcək görüşlərdə həmin badmintonçularımızın da iştirakını gözləyirik. Onların həm bu yarışda, həm növbəti beynəlxalq turnirlərdə ümidləri doğruldacaqlarına inanırıq. Onu da bildirim ki, hər kateqoriya üzrə əsas oyunçular və onların əvəzləyiciləri var. Hansısa hadisə baş verərsə, həmin əvəzləyici idmançılarımız yarışa qoşulacaqlar. Bu, yeniyetmələrimiz üçün böyük təcrübə olacaq.

- Federasiya prezidenti Taleh Ziyadov bir müddət öncə badminton üzrə bir sıra yarışların işğaldan azad edilmiş ərazilərdə keçiriləcəyini bildirmişdi. Bu barədə yenilik varmı?

- Bildiyiniz kimi, biz bu yaxınlarda Xankəndidə sonuncu dəfə 50 il bundan öncə keçirilmiş ölkə çempionatını yenidən təşkil etdik. İşğaldan azad olunmuş şəhər və rayonlarımız abadlaşdıqca, şərait yarandıqca həmin ərazilərdə yarışlar keçirəcəyik. Ümumiyyətlə, turnirlərimizi Bakıdan kənar ərazilərdə keçirməyi planlayırıq. İstər gənclər, istərsə də yeniyetmələr arasında turnirləri və ölkə çempionatlarını gələcəkdə xüsusilə də işğaldan azad olunmuş bölgələrimizdə təşkil etmək istəyirik.

- Azərbaycan badmintonçularını bu il başqa hansı beynəlxalq yarışlar gözləyir?

- Böyükmiqyaslı yarışlardan MDB Oyunlarına xüsusi hazırlaşacağıq. Bu Oyunlar bir çox idman növləri üzrə təşkil olunacaq. Açılış və bağlanış mərasimlərinin Gəncə şəhərində gerçəkləşəcəyi planlaşdırılsa da, idman növlərinin çoxluğu səbəbindən badminton yarışlarının Şəmkirdə keçirilməsi nəzərdə tutulub. Yarışlarda 5 və ya 6 komandanın iştirakı gözlənilir. Bu turnirdə şanslarımızı müsbət qiymətləndirirəm. Çünki son MDB Oyunlarında da mükafatçılar sırasında yer almışdıq. Təbii ki, bu il birincilik uğrunda mübarizə aparacağıq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Fevral 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri