Icma.az
close
up
RU
Bakıdakı hansı universitetləri rayonlara köçürmək olar? RƏYLƏR

Bakıdakı hansı universitetləri rayonlara köçürmək olar? RƏYLƏR

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndirilməsi mövzusuda öz əksini tapıb. Ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həllində vacib amillərdən biri kimi şərh olunur.

Bəs hansı universitetlərin hansı bölgələrə köçürülməsi daha məqsədəuyğundur?

Kamran Əsədov: Bu, ölkənin iqtisadi və sosial balansını qorumaq üçün effektiv addım ola bilər

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, universitetlərin paytaxtdan bölgələrə köçürülməsi ideyasının arxasında əsasən üç motiv dayanır: Bakıdakı sıxlığı azaltmaq, bölgələrin inkişafına töhfə vermək və təhsil ocaqlarını daha ixtisaslaşmış və məqsədyönlü şəkildə yerləşdirmək. Azərbaycanda da bu istiqamətdə müzakirələr gedir və konkret addımların atılması üçün həm beynəlxalq təcrübənin, həm də yerli qanunvericiliyin nəzərə alınması vacibdir:

"Dünya təcrübəsində universitetlərin bölgələrə köçürülməsi və yeni akademik şəhərciklərin yaradılması ilə bağlı müxtəlif modellər var. Məsələn, Fransada universitetlərin paytaxt Parisdən digər şəhərlərə yayılması dövlət siyasəti çərçivəsində həyata keçirilib. Parisdəki təhsil yükünü azaltmaq üçün ətraf şəhərlərdə böyük elmi və akademik mərkəzlər yaradılıb. Almaniyada Berlin divarı dağıldıqdan sonra universitetlərin Şərqi Almaniyanın müxtəlif şəhərlərinə köçürülməsi də regional inkişafın bir hissəsi kimi aparılıb. Yaponiyada Tokio Universiteti ölkənin aparıcı ali təhsil müəssisəsi olsa da, dövlətin təşviqi ilə digər şəhərlərdə də mühüm akademik mərkəzlər yaradılıb və beləliklə, təhsil resursları balanslaşdırılıb”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın ali təhsil sahəsində tətbiq olunan qanunvericilik baxımından, “Təhsil haqqında” qanunun 13-cü maddəsinə əsasən, dövlət təhsil müəssisələrinin yeri və forması dövlət siyasətinə uyğun olaraq dəyişdirilə bilər. Eyni zamanda, “Ali təhsil haqqında” qanunvericilikdə ali məktəblərin bölgələrdə fəaliyyət göstərməsi üçün xüsusi mexanizmlər nəzərdə tutulur. 2023-cü ilin statistikasına görə, ölkədə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və onlardan böyük əksəriyyəti Bakıda cəmləşib. Bu, tələbələrin və təhsil infrastrukturunun həddindən artıq sıxlaşmasına, nəqliyyat problemlərinə və yaşayış xərclərinin artmasına səbəb olur.

K.Əsədova görə, bu vəziyyəti düzəltmək üçün bir neçə əsas sahə üzrə universitetlərin köçürülməsi məqsədəuyğun görünür.

“Aqrar və ekologiya ilə bağlı universitetlər əsasən kənd təsərrüfatı və ekoloji sahələrdə tədqiqatlar apardığı üçün Gəncə, Şəki və Lənkəran kimi bölgələrdə daha effektiv fəaliyyət göstərə bilər. Azərbaycan Dövlət Aqrar Universitetinin artıq Gəncədə yerləşməsi buna nümunədir və onun daha da inkişaf etdirilməsi mümkündür. Texnologiya və sənaye sahəsində ixtisaslaşan universitetlər, məsələn, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələri, Sumqayıt və Mingəçevir kimi sənaye şəhərlərinə köçürülsə, həm tələbələrin istehsalat təcrübəsinə çıxışı asanlaşar, həm də şəhərlərin iqtisadi inkişafına töhfə verə bilər.

Turizm və humanitar sahədə ixtisaslaşmış universitetlər, xüsusən Azərbaycan Turizm və Menecment Universiteti, Qəbələ və Şəki kimi turizm mərkəzlərinə köçürülsə, bu, tələbələrin daha real şəraitdə təhsil almalarına imkan yaradar. Şuşa şəhəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bəzi fakültələrinin yerləşdirilməsi üçün ideal məkan ola bilər, çünki bu şəhər artıq mədəniyyət paytaxtı statusuna sahibdir",- deyə ekspert qeyd edib.

K.Əsədovun sözlərinə görə, bəzi universitetlərin Bakıda qalması zəruridir. Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və ADA Universiteti öz fəaliyyət sahələrinə və beynəlxalq əlaqələrinə görə paytaxtda qalmalıdır. Əsas səbəb ondan ibarətdir ki, BDU uzunmüddətli elmi ənənələrə sahibdir və elmi mərkəzlərin böyük əksəriyyəti onun bazasında formalaşıb. Tibb Universitetinin paytaxtdan kənara köçürülməsi isə səhiyyə sisteminə mənfi təsir edə bilər:

"Dövlətin universitetlərin köçürülməsini stimullaşdırması üçün həm iqtisadi, həm də sosial dəstək mexanizmləri tətbiq olunmalıdır. Regionlara köçən universitetlərin infrastruktur xərcləri dövlət tərəfindən qarşılanmalı, müəllim və tələbələr üçün yaşayış şəraiti təmin edilməlidir. Bundan başqa, tələbələrin bölgələrə üz tutmasını təşviq etmək üçün güzəştli təhsil haqları və təqaüdlər tətbiq edilə bilər.

Nəticə etibarilə, universitetlərin bölgələrə köçürülməsi təkcə Bakının yükünü azaltmaq üçün yox, həm də ölkənin iqtisadi və sosial balansını qorumaq üçün effektiv addım ola bilər. Ancaq bunun uğurlu olması üçün əvvəlcə infrastrukturun inkişaf etdirilməsi, universitetlərin müvafiq sənaye və iqtisadi sahələrlə əlaqələndirilməsi, həmçinin tələbə və müəllim heyətinin sosial təminat məsələlərinin həll edilməsi zəruridir".

Qoşqar Məhərrəmov: Universitetlərin Bakı ətrafındakı boş yerlərə köçürülməsi daha məsləhətdir

Təhsil eksperti Qoşqar Məhərrəmov da mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az ilə bölüşüb.

Onun fikrincə, universitetlərin hansısa spesifik rayonlara köçürülməsi məsələsindən daha çox Bakı ətrafında olan boş yerlərə köçürülməsi daha məsləhətdir. Ekspert Bakının kənarında yataqxanalar, idman zalları, sosial sahələr, yaşayış yerləri kompus formasında tikilməsini tövsiyə edir.

Q.Məhərrəmovun sözlərinə görə, Bakı-Quba yolunda boş olan ərazilər varsa, orda tikilə bilər, eynilə, Bakı-Şamaxı yolunda, cənub bölgələrinə gedən yolların üstündə boş sahələr varsa, kompuslar salına bilər.

“Məlumdur ki, paytaxtın yolları çox gəliş-gedişlidir. Bakının mərkəzində olan universitetlərin regionlara köçürülməsi fikri tamamilə məntiqsizdir. İllərdi orada işləyən, Bakıda yaşayan müəllimləri regiolara köçürmək olmaz, eynilə, tələbələr də bu duruma adaptasiya ola bilməzlər. Ən yaxşı variant Bakıya yaxın ərazilərə köçürülməsidir",- deyə ekspert qeyd edib.

Elçin Əfəndi: Universitetlətin köçürülməsi bölgələrdə iqtisadi aktivliyi də artırar

Təhsil eksperti Elçin Əfəndi də Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, Bakıdakı bəzi universitetlərin bölgələrə köçürülməsi ideyası, təhsil sahəsində balans yaratmaq və bölgələrin inkişafına töhfə vermək baxımından əhəmiyyətlidir. Bu addım həm bölgələrdə iqtisadi aktivliyi artırar, həm də paytaxtda sıxlığı azaldar:

"Məsələn, Azərbaycan Texniki Universitetinin Gəncəyə köçürülməsi, şəhərin sənaye potensialı ilə uyğunluq təşkil edərdi. Aqrar Universitetin isə daha geniş kənd təsərrüfatı imkanları olan Şəki və ya Lənkəranda fəaliyyət göstərməsi, təcrübə imkanlarını artırardı. İdman Akademiyasının Qubaya və ya Qəbələyə köçürülməsi də müasir idman infrastrukturundan səmərəli istifadə etməyə şərait yarada bilərdi".

Müsahibimiz qeyd edib ki, əsas məsələ, bu prosesin tələskənlik olmadan, tələbələrin və müəllimlərin rahat uyğunlaşmasını təmin edəcək şəkildə həyata keçirilməsidir.

“Təhsil keyfiyyətinin düşməməsi üçün universitetlər köçürülən bölgələrdə lazımi sosial və akademik infrastruktur formalaşdırılmalıdır",- deyə Elçin Əfəndi əlavə edib.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri