Bakıdakı insident: Sevgilisini başqa qadınla tutubmuş Video
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı şəhərinin Nizami rayonunda yerləşən gecə klublarından birinin qarşısında baş verən insidentin təfərrüatı məlum olub.
Axar.az Baku TV-yə istinadla xəbər verir ki, gənc oğlan gecə saatlarında tanışı olan qızla gecə klubuna gəlib. Bir müddət sonra oğlanın sevgilisi cütlüyü həmin məkanda tutub və mübahisə yaranıb.
Hadisədən əsəbiləşən gənc oğlan əvvəlcə maşını yaxınlıqdakı paltar satılan mağazanın vitrininə çırpıb, daha sonra isə qadınlardan biri ilə dalaşıb.
Məlumatlara görə, həmin şəxs polis tərəfindən saxlanılıb.
İnsidentin baş verdiyi gecə klubunun əməkdaşı Əli İbrahimoğlu məsələ ilə bağlı danışıb:
"Qonaq bizim məkana gəlib, istirahət edib və çölə çıxıb. Çöldə baş verənlərdən xəbərimiz olmayıb. Məsələ ilə bağlı aidiyyəti orqanların əməkdaşları gəlib, kamera görüntülərini götürüb, şikayətçiləri dinləyiblər. Məkanda heç bir problem olmayıb, heç kim mübahisə etməyib. Nə baş veribsə, çöldə olub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 17 Noyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















