Icma.az
close
up
RU
Bakıdakı İran səfirliyi 30 ildir icarə haqqı vermirmiş Azərbaycana 2,5 milyon dollar borcludur

Bakıdakı İran səfirliyi 30 ildir icarə haqqı vermirmiş Azərbaycana 2,5 milyon dollar borcludur

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan dövləti İrana qarşı sensasion maliyyə tələbi irəli sürüb.

Yenisabah.az xəbər verir ki, Rəsmi Bakının hesablamalarına görə, İranın Azərbaycandakı səfirliyi və ona bağlı digər strukturlar — o cümlədən Mədəniyyət Mərkəzi, Təhsil Kompleksi və İran Radio-Televiziya Korporasiyasının Bakı bürosu — təxminən 30 il ərzində dövlətə 4 milyon 312 min manat, yəni 2,53 milyon ABŞ dolları həcmində icarə haqqı borcu yığıb.

Məlumata görə, İran səfirliyinin fəaliyyət göstərdiyi Yasamal, Nərimanov və Xətai rayonlarında yerləşən torpaq sahələri müxtəlif dövrlərdə Azərbaycan dövləti tərəfindən İrana icarəyə verilib. Lakin qanunvericiliyə əsasən, xarici dövlətlər torpağın mülkiyyətçisi ola bilməz və bu ərazilərin istifadəsinə görə müvafiq icarə haqqı ödənilməlidir. pizza

Dövlət Əmlak Xidməti 2023-cü ildə İran tərəfinə bir neçə dəfə rəsmi xəbərdarlıq məktubu göndərsə də, cavab alınmayıb. Nəticədə məsələ məhkəmə müstəvisinə daşınıb.

Məhkəmə prosesində İran tərəfi beynəlxalq hüquq normalarına istinad edərək, bu cür mübahisələrin yerli məhkəmələrdə baxıla bilməyəcəyini iddia etsə də, Azərbaycan məhkəməsi bu arqumentləri qəbul etməyib və səfirliyin iddialarını rədd edib. Beləliklə, İran tərəfi Azərbaycana 30 illik icarə borcunu ödəməli olacaq.

Fakt odur ki, İran hazırda Bakıda bir səfirlik binası ilə yanaşı, böyük mədəniyyət mərkəzi, təhsil ocağı və media strukturlarına malikdir. Lakin bu obyektlərin heç biri üçün indiyə qədər rəsmi ödəniş edilməyib.

Bu qərar İranla Azərbaycan arasında uzun müddətdir davam edən diplomatik gərginlik fonunda xüsusi önəm kəsb edir. Ekspertlərə görə, bu, Bakının həm hüquqi, həm də siyasi baxımdan prinsipial mövqe nümayiş etdirməsidir.

Rəsmi Bakı bu addımı ilə göstərdi ki, istənilən diplomatik münasibət çərçivəsində belə, dövlətin qanunları və əmlak hüquqları qorunur. İranın isə bundan sonra Azərbaycanın qanunlarına uyğun şəkildə hərəkət etməyə məcbur ediləcəyi şübhəsizdir./Musavat.com


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Avqust 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri