Icma.az
close
up
RU
Bakıdakı mundial: 16 vida, 192 qol, vitse çempionla 15 qol vuranın acı taleyi

Bakıdakı mundial: 16 vida, 192 qol, vitse çempionla 15 qol vuranın acı taleyi

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında mübarizə aparan 32 komandadan 16-sı mundialla vidalaşıb.

Çempionatın ilk altı günü bir sıra maraqlı məqamlarla əlamətdar olub.

Millimiz 1/8 finalda
Azərbaycan millisi üçün ev mundialı Bəhreynlə heç-heçə ilə başlayıb. 1:1 hesablı bərabərlikdən sonra Sloveniyaya 4, Mavritaniyaya 2 qol vuran yığmamız A qrupunun qalibi olub. Komandamız 1/8 finalda Rumıniya ilə üz-üzə gələcək.

Vitse-çempiondan vida
Mindialın ən böyük sensasiyası 2 il əvvəl finala yüksələn Qazaxıstandır. Vitse-çempion qrup mərhələsini adlaya bilməyib. Polşaya uduzan, Bosniya və Herseqovina ilə heç-heçə edən qazaxıstanlılar ABŞ-ı udsalar da, 4 xalla qrupda qaldılar.

Mükafatçıların çətin sınağı
BƏƏ-də dünya çempionu olan Rumıniya üçün də qrup mərhələsi çətin alınıb. 1/8 finala vəsiqəni son turda qazanan komanda qrupda ikinci yerlə kifayətlənib. İki il əvvəl bürünc qazanan Macarıstan da yalnız ikinci yerlə istəyinə çatıb. Çempion Fransadan, bürünc mükafatçı İngiltərədən geri qalıb.

Debütantların fərqi taleyi
İlk dəfə mundiala qatılan komandalar fərqli tale yaşayıblar. Onlardan altısı 1/8 finala adlamağı bacarmayaraq mundiala vida edib. Bu uğursuzlar Bəhreyn, Sloveniya, Çad, Türkiyə, Özbəkistan və İndoneziya olub. Mavritaniya, Polşa və İsrail elə ilk cəhdindən qrupdan çıxıb.

Ronaldonun həmyerliləri və Serbiya
Mundialda yalnız iki komanda bütün matçlarda qələbə qazanıb. Portuqaliya ilə Serbiya qrup mərhələsində xal itirməyib. Sonuncular İspaniya, İsrail və Qanaya qalib gəliblər. Kriştiano Ronaldonun həmyerliləri isə Bolqarıstan, Slovakiya və Hindistandan güclü olublar.

Xalsız qalanlar
Dünya çempionatının 5 iştirakçısı bütün oyunlarda uduzub. Mundiallaırn daimi autsayderi Hindistanın uğursuzluları adi hal alıb. Onlar kimi , Kosta-Rika, Argentina, Qana və Ukrayna da qrupda xal qazanmayıb. Bu komandalar rəqibləri üçün “xalpaylayıcı” olublar.

Dörd xalllıq üzüntü
Bəzi qruplarda mübarizə gərginliyi ilə diqqət çəkib. Bunun nəticəsidir ki, 4 xal da 1/8 final üçün yetərli olmayıb. 8 qrupun yarısında 3-cü yer sahibi 4 xalla üzülüb. Bəhreyn, Özbəkistan, Türkiyə və Qazaxıstan 1 dəfə uduzduğu mudnaiala vida edib. Qələbə ilə heç-heçə bu komandalara yetərli olmayıb. Hərçənd Rumıniya və Mavritaniya elə 4 xalla 1/8 finala yüksəlib.

Yalnız Hindistan
Mundialın ən məhsuldar oyununda 15 qol vurulub. Slovakiya Hindistanı cavabsız qollarla darmadağın edib. Asiya təmsilçisi mundialda qol vurmayan yeganə komanda olub. Portuqaliyadan 8, Bolqarıstandan 5 top buraxan aşkar autsayder Bakıda 28 qola üzülüb. Monteneqronun Kosta-Rika üzərində qələbəsi də darmadağın kimi yadda qalıb – 9:0.

36 oyunda 192 qol: 15 qol vuran qrupda qalıb
Bakıdakı mundialda ümumilikdə 192 qol vurulub. 36 matçda orta məhsuldarlıq 5,33-ə bərabər olub. Slovakiya hamıdan çox – 16 qola sevinib. Bunlardan 15-ni Hindistana vuran slovakiyalılar sonda qrupda qalıb. Monteneqro 14, Portuqaliya və Çexiya 13 qola sevinib.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 May 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri