Icma.az
close
up
RU
Çempionla müsahibə: “Azərbaycanda bu adı qazanan birinci atletəm”

Çempionla müsahibə: “Azərbaycanda bu adı qazanan birinci atletəm”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan idmançısı Elnur Allahyarlı İspaniyada keçirilən bodibildinq üzrə Dünya Kubokunun qalibi olub. O, Santa Susanna şəhərində baş tutan yarışda bir gündə üç qızıl medal qazanıb. Elnur Allahyarlı Azərbaycanda “Pro Kart” adını qazanan ilk iki idmançıdan biridir. Digəri isə onun komanda yoldaşı Samir Məmmədlidir.

Elnur Allahyarlı ilə çempionluğu, bu sahəyə gəlişi və hazırkı durumla bağlı söhbətləşdik:

– 27 oktyabrda 95 kq-da Respublika çempionu oldum. 31 oktyabrda milli komanda ilə birlikdə İspaniyanın Santa Susanna şəhərində keçirilən dünya kubokuna yollandım. Burda bir gündə 3 kateqoriyada yarışdım və hər birində qalib oldum. Əvvəlcə 95 kq-də qızıl medal qazandım. Bundan sonra çempionlar yarışında və pro kart, yəni peşəkar yarışlarda iştirak etdim və qalib oldum. Azərbaycanda 3 dəfə Respublika çempionatlarında iştirak etmişəm. Dünya Kubokunda isə ilk dəfə idi iştirak edirdim.

– Bu sahəyə gəlişiniz necə alındı?
– 2011-ci ildən bu sahədəyəm. 2013-cü ildən isə məşqçi kimi çalışıram. Yarışlara qatılmağım isə 2023-cü ildən başlamışam. Bu sahəyə marağım necə yaranıb? Uşaq vaxtından həvəsim var idi. Arnold Şvartseneggerin kinolarına baxırdım və bundan xüsusi maraq yarandı. O, hər bir idmançı üçün örnəkdir. 7 dəfə “Mister Olimpiya” olub, daha sonra dövlət qurumunda işləyib – Kaliforniyada qubernator olub. Onun keçdiyi yol hər zaman örnək olub.

– Futbolda “Qızıl top”, dünya çempionluğu bir oyunçu üçün yüksək zirvədir. Bəs, bodibildinqin yüksək zirvəsi nədir?
– Bodibildinqdə də dünya çempionluğu demək olar, yüksək zirvədir. Dünya Kubokunda hər ölkədən atletlər var idi və şükürlər olsun, nailiyyətimiz oldu. Bir gün ərzində üç yarışda, özü də ardıcıl iştirak etdim. Pro Kart adını qazandım. Azərbaycanda bu adı qazanan birinci atletəm. İspaniyada mən və Samir Məmmədli bunu qazandıq. Bu, o deməkdir ki, mənə Pro atlet adı verildi. Gənclər və idman nazirliyinin saydığı ən yüksək status budur.

– Bundan sonrakı hədəf nədir?
– İnşallah, Pro yarışlarda da iştirak edib, ölkəmizin bayrağını yüksəklərdə dalğalandırmaq. Hədəfim adımı Azərbaycan tarixinə yazmaq, bu idman növününü ölkəmizdə də inkişafda olduğunu göstərməkdir.

– Hazırda bodibildinqin durumu necədir?
– Azərbaycanda bodibildinq əvvəlki illərə nisbətən inkişafdadır. Əhaəli, gənc nəsil arasında getdikcə maraq artıb. Artıq idman zallarında həm qadınlar, həm kişilər çoxluq təşkil edir. Bu idmana maraq daha artır. Günü-gündən müasir standartlara cavab verən idman zallarının da sayının artması yaxşıdır.

– Zalların, idmançıların sayı artır, amma bodibildinq cüdo, futbol, güləş, hətta voleybol səviyyəsinə çata bilmir… Bunu nə ilə əlaqələndirirsiniz?
– Digər idmanlarla müqayisədə bu növ Olimpiya üçün deyil deyə, güclü diqqət yetirilmir. Belə deyim, mən və Samir İspaniyada pro kart adını qazandım. Bu uğuru cüdoda, ya güləşdə qazansaydılar, bütün hamının diqqəti onda olar, ondan danışardılar. Amma bodibildinq o qədər tanınmır. İdmançıların o qədər gəlir yeri yoxdur, onlara dəstək digər növlərdəki kimi olsaydı, çox yaxşı olardı, biz də həvəslə çalışıb, addımlar atardıq.

– Fitness zallarının sayı çoxdur və demək olar, hər zalda kifayət qədər çalışan olur. Bəs nə üçün peşəkar məşğul olanların sayı azdır?
– Peşəkarların sayı nə üçün azdır? Çünki müəyyən səviyyəyə çatdıqdan sonra dəstək lazımdır. Hər yarışa hazırlaşmaq 10-15 min manat vəsait tələb edir. Üstəlik, bunun səfəri, vizası, bilet pulu, qidalanma, otel pulu və s. Buna görə peşəkarların sayı barmaq sayılacaq qədərdir. Digər idman növləri ilə müqayisədə bodibildinqə çox pul və diqqət ayrılmır. Əsas səbəb isə Olimpiya növü olmamasıdır. Amma bodibildinq ən vacib idman növüdür. Bütün sahələr bundan istifadə edir. Futbolçusu, güləşçisi, cüdoçusu da fitnesslə məşğul olur. Dünyada bodibildinq inkişaf edir. Bizdə də çox diqqət ayrılsa, yaxşı olar. Çünki gənc nəslin marağı böyükdür.

– Bu növlə məşğul olan gənclərə məsləhətləriniz nələrdir?
– Bodibildinqlə məşğul olan gənclərə məsləhətim odur ki, tez nəticəyə qaçmasınlar. Demək olar, hamısı istəyir ki, müəyyən vasitələrdən istifadə edib, tez nəticə əldə etsinlər. Sürətləndirici vasitələr onlarçün yaxşı deyil. Çünki qısa zamanda nəticə verən şeyin mənfi cəhətləri də olacaq. Buna görə çalışıram ki, daim yol uzun və keyfiyyətli olsun, sağlamlığa zərər vurmasın.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri