Icma.az
close
up
RU
“Bakıdakı binalar şəhərin arxitekturasına uyğun deyil” MEMARDAN AÇIQLAMA FOTO

“Bakıdakı binalar şəhərin arxitekturasına uyğun deyil” MEMARDAN AÇIQLAMA FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son illər Bakıda və digər böyük şəhərlərdə inşa olunan binalar əvvəlkilərlə müqayisədə tamamilə fərqli üslubda görünür. 20 il əvvəl tikilən yaşayış binalarının zahiri görünüşü ilə bu gün inşa olunanların üz örtüyü, rəng seçimi və memarlıq üslubu arasında nəzərəçarpacaq dərəcədə fərqlər var.
Şəhərdə gəzdikcə bunu açıq-aydın hiss etmək olur: bir tərəfdə sovet dövrünü xatırladan boz divarlı və sadə fasadlı binalar, digər tərəfdə isə şüşə ilə örtülmüş, rəngarəng və iri ölçülü yeni tikililər. Bəzən bu ziddiyyətlər şəhər mənzərəsini rəngləndirmək əvəzinə, göz yorğunluğu yaradır. Halbuki bir çox xarici ölkələrdə binaların üz örtükləri və rəng seçimləri vahid harmoniya təşkil etdiyindən, şəhər panoramı həm səliqəli, həm də ahəngdar görünür. Məsələn, İspaniyanın Barselona şəhərindəki binalar uzun illər əvvəl tikilməyə başlayarkən bütün detallar nəzərə alınıb. Şəhərin binaları Barselonanın gerbinə uyğun rənglərdə və bənzər formada tikilib.
Maraqlıdır, Azərbaycanda memarlıqda bu qədər fərqliliyin yaranması şəhərsalma baxımından hansı nəticələrə gətirib çıxara bilər?


Məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində inşa olunan çoxmərtəbəli binaların fasadlarındakı fərqlər şəhərin görünüşünə zərər vurur:
“Təxminən 15–20 il əvvəl tikilən binalarda üzlük və dizayn elementləri o dövrün memarlıq baxışına uyğun seçilirdi. O zaman bu sahə yeni inkişaf etməyə başlayırdı və fasad gözəlliyi əsasən orta səviyyədə təmin olunurdu. Lakin həmin binaların üzlükləri 10–15 ildən sonra öz aktuallığını itirib, rənglər solub və estetik görünüş zəifləyib. Halbuki memarlıqda doğru seçim edilən fasadlar 100 illərlə öz gözəlliyini qoruyur və zaman keçdikcə şəhərsalma üçün daha da dəyərli bir elementə çevrilir. Təəssüf ki, MTK-lar tərəfindən tikilən binaların əksəriyyəti bu keyfiyyəti saxlaya bilmir”. 
Memar qeyd edib ki, son illərdə vəziyyət dəyişməyə başlayıb:
“Şəhərin baş planı, qəbul olunan qanunlar və qaydalar nəticəsində fasadlarda hansı materiallardan, hansı rənglərdən istifadə olunacağı daha dəqiq tənzimlənir. Məsələn, “Ağ Şəhər” layihəsində Avropa üslubu ilə yanaşı, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Bakı memarlıq üslubu da qorunub saxlanılıb. Yeni tikilən binalarda fasad materialı və rəng seçimi artıq binanın yerləşdiyi əraziyə, hündürlüyünə, formasına və üslubuna uyğun müəyyən edilməlidir. Bu məsələdə sərt qaydaların tətbiqi vacibdir. Çünki yalnız layihə üzərində kompüter qrafikası ilə gözəl görünən rənglər real tikinti zamanı gözlənilən nəticəni vermir”. 
Cahid Həsənovun fikrincə, şəhərin ümumi estetik görünüşü üçün ciddi qaydalar olmalıdır:
“Hər bir məhəllə və zona üzrə üzlük materialı və rəng seçimi standartlaşdırılarsa, şəhərdəki vizual qarışıqlığın qarşısı alınar. Məsələn, bir məhəllədə bir bina sarı, yanındakı mavi, digəri isə tam başqa rəngdə olmamalıdır. Bu, şəhərin memarlıq harmoniyasını pozur. Nəticə olaraq, gələcəkdə bölgülər, zonalar üzrə dəqiq qaydalar tətbiq edilməli, hər ərazidə yalnız uyğun material və rənglərə icazə verilməlidir. Yalnız bu halda Bakı memarlıq baxımından daha estetik, ahəngdar və davamlı inkişaf əldə edə bilər”. 


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri