Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Bakıdan dünyaya uzanan idarəetmə modelinin siyasi anatomiyası

Bakıdan dünyaya uzanan idarəetmə modelinin siyasi anatomiyası

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Müasir dövlətin gücü dövlət idarəçiliyinin bütün fəlsəfəsini dəyişib: keçmişin “nəzarət edən dövlət”i öz yerini “xidmət göstərən, amma eyni zamanda gələcəyi proqnozlaşdıran dövlət”ə verir. Elə buna görə də Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” dövlətin özünü yenidən icad etməsi uğrunda gedən qlobal müzakirənin mərkəzinə çevrilmiş bir meydandır.

Sammitin açılışında BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanın təsvir etdiyi mənzərə heç də optimist deyil: dünyanın hər yerində dövlət institutları görünməmiş sınaqlarla üzləşir. İqlim böhranları, demoqrafik dəyişikliklər, iqtisadi qeyri-sabitlik, sürətli texnoloji inkişaf və onun doğurduğu transformasiyalar bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərir və dövlət institutlarının imkanlarını ciddi şəkildə sınağa çəkir.

Burada diqqət çəkən əsas məqam qarşılıqlı asılılıqdır. Ənənəvi idarəetmə sistemi hər problemi ayrı bir “şöbə”yə həvalə etməklə işləyirdi: demoqrafiya bir qurumun, texnologiya digərinin, iqlim məsələləri üçüncünün səlahiyyətində idi. Lakin bir-birilə əlaqəsiz böhranlar zəncirvari reaksiya yaradır və “şaquli” idarəetmə modeli bu zənciri qıra bilmirdi. Elə bu boşluqda dövlətə inamın sarsılması başlayırdı.

Prezident İlham Əliyevin sammit iştirakçılarına müraciəti məhz bu nöqtədən başlayır: dövlət xidmətlərinin əlçatanlığı, şəffaflıq və rəqəmsallaşma dayanıqlı inkişafın mühüm şərtlərindəndir. Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq 2012-ci ildə dövlət xidmətlərinin keyfiyyətli, innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsini təmin edən “ASAN xidmət” yaradıldı. 2012-ci il Azərbaycan idarəçilik ənənəsində paradiqmatik dönüş idi: vətəndaş xidmətin mərkəzinə çevrildi.  Bu xidmət dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradıb. Vətəndaş dövləti öz problemlərinin həllində tərəfdaş kimi qavramağa başlayır. 

“ASAN xidmət” bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir. Prezidentin müraciətində qeyd olunan rəqəm bu brendin miqyasını aydın göstərir: təcrübə 50-dən çox ölkə ilə paylaşılıb və artıq müxtəlif ölkələrdə uğurla tətbiq olunur. Burada politoloji cəhətdən maraqlı məqam odur ki, dövlət idarəçiliyi sahəsində modellərin “ixracı” adətən çox çətin prosesdir. Hüquqi sistemlər, inzibati mədəniyyətlər, kadr ənənələri fərqlidir. Bir ölkədə işləyən mexanizm digərində sıradan bir bürokratik quruma çevrilə bilər. “ASAN xidmət”in müqavimətini qıran amil, görünür, onun texnoloji deyil, institusional mahiyyətindədir. 

“ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na, 2019-cu ildə isə “Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Xüsusi Mükafat”a layiq görülməsi nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Və burada təbii bir sual yaranır. Niyə məhz kiçik bir ölkənin modeli qlobal gündəmə çevrilir?

Cavab miqyas iqtisadiyyatında və siyasi iradədədir. İri dövlətlərdə islahatlar çox vaxt milyonlarla insanı əhatə edən nəhəng aparatın ətaləti ilə üzləşir; hər dəyişiklik onlarla maraqlı qrupun müqaviməti ilə rastlaşır. Azərbaycan isə vahid siyasi iradə ətrafında sürətli institusional dizayn qurmaq imkanına malikdir. 

Sammitin ən güclü siyasi mesajı, şübhəsiz, Li Junhuanın vətəndaş gözləntiləri ilə bağlı təhlilidir. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində vətəndaşlar artan mürəkkəblik və məhdud resurslar şəraitində dövlət qurumlarından daha çox gözlənti içərisindədirlər: onlar daha çevik, səmərəli, operativ və etibarlı fəaliyyət gözləyirlər. Və daha vacibi: vətəndaşlar gələcək riskləri və imkanları əvvəlcədən müəyyənləşdirərək onlara hazırlaşan hökumətlərə ehtiyac duyurlar. Ənənəvi bürokratiya reaktivdir: problem yaranır, sonra cavab verilir. Yeni gözlənti isə proaktiv idarəetmədir: risk hələ formalaşmamış onu görmək, resursları əvvəlcədən yenidən bölüşdürmək. Bu isə siyasi keyfiyyət tələb edir, çünki gələcəyə investisiya qoymaq, adətən, seçicinin bu gün hiss etdiyi problemi həll etməkdən daha az “görünən” siyasətdir.

Məhz bu nöqtədə ikinci sual ortaya çıxır. İnstitusional innovasiya texniki modernləşmədir, yoxsa siyasi seçim? Cavab birmənalıdır: hər ikisi, amma prioritet siyasətdədir. Rəqəmsal alətlər, süni intellekt, vahid məlumat platformaları – bunların hamısı vasitədir. Əsl məsələ hakimiyyətin özünü necə təsəvvür etməsidir: dövlət vətəndaşı idarə olunan obyekt kimi görürsə, ən müasir texnologiya belə nəzarət mexanizminə çevrilir; vətəndaşı xidmətin subyekti kimi görürsə, eyni texnologiya etimadın memarlığına çevrilir. “ASAN xidmət”in 2012-ci ildən bu yana davamlılığı da məhz onunla izah olunur ki, o, siyasi prioritet kimi formalaşdırıldı və institusional olaraq möhkəmləndi.

Sammitin ikinci böyük mövzusu Dayanıqlı İnkişaf Məqsədləridir. Li Junhua burada da dürüst qiymət verir: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində əldə olunan irəliləyişlər hələ də qeyri-bərabərdir. BMT-nin 2026-cı il üzrə Dayanıqlı İnkişaf Məqsədləri Hesabatında qeyd olunduğu kimi, 2030-cu il Gündəliyinin həyata keçirilməsi bütün sektorlar və iştirakçılar tərəfindən daha sürətli və məqsədyönlü fəaliyyət tələb edir.

Bu cümlə diqqətlə oxunmalıdır. “Qeyri-bərabər irəliləyiş” o deməkdir ki, problem resurs çatışmazlığı qədər idarəetmə keyfiyyətidir. Eyni miqdarda vəsaitlə fərqli nəticələr əldə edilirsə, fərq institutların dizaynındadır: koordinasiya mexanizmləri, hesabatlılıq, məlumatların açıqlığı, kadrların peşəkarlığı. Sosial siyasətin və iqtisadi artımın “yumşaq” infrastrukturu məhz buradan başlayır. Prezidentin müraciətində “ASAN xidmət”in Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığının xüsusi vurğulanması digər bütün məqsədlərin həyata keçirilməsi üçün şərtdir. Zəif institutla nə yoxsulluğun azaldılması, nə təhsilin keyfiyyəti, nə də ekoloji dayanıqlılıq uzunmüddətli ola bilər.

Bakı sammiti bir neçə səviyyədə oxunmalıdır. Birincisi, BMT-nin ixtisaslaşmış platformasının Bakıda toplanması, idarəetmə innovasiyaları sahəsində Azərbaycanın artıq “gündəm formalaşdıran” mövqeyə keçdiyini İkincisi, 2012-ci ildən başlayan təcrübənin 50-dən çox ölkəyə yayılması və 2024-cü il Töhfə Sazişi çərçivəsində dörd qitədə təbliği, milli modelin beynəlxalq status qazandığını təsdiqləyir. Üçüncü səviyyə isə ən mürəkkəbidir – gələcək səviyyəsi. Burada analitik olaraq bir neçə açıq sualı qeyd etmək lazımdır. Modelin coğrafi yayılması onun dərinləşməsi ilə müşayiət olunmalıdır: fərqli inzibati mədəniyyətlərdə tətbiq zamanı uyğunlaşdırma qabiliyyəti, yerli kadr potensialı və siyasi sabitlik həlledici olacaq. Rəqəmsallaşmanın növbəti mərhələsi, eyni zamanda, etik və hüquqi suallar doğurur: avtomatlaşdırılmış qərarların şəffaflığı, məlumatların mühafizəsi, vətəndaşın apellyasiya hüququ. Üçüncüsü, “gələcəyə hazır təsisat” anlayışı hökumətlərin öz fəaliyyətini qiymətləndirmə metodologiyasını da dəyişməlidir, proseslərin sayı deyil, nəticələrin və risklərin idarə olunması keyfiyyəti əsas meyar olmalıdır.

Prezident İlham Əliyevin müraciətindəki son tezis məhz bu istiqaməti bağlayır: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək və keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq fəaliyyətə töhfə verəcəkdir. 

Şəbnəm ZEYNALOVA,

XQ-nin siyasi analitiki, 

Dövlət İdarəçilik Akademiyasının dosenti, 

siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri