Icma.az
close
up
RU
Bakıdan dünyaya enerji mesajı

Bakıdan dünyaya enerji mesajı

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi, Azərbaycanın beynəlxalq enerji siyasətində tutduğu mövqeyi və Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən çevik, uzaqgörən və strateji diplomatiyanın real nəticələrini əyani şəkildə nümayiş etdirdi. Bu tədbir təkcə enerji sərgisi olmaqdan çıxaraq, beynəlxalq əməkdaşlığın, geosiyasi sabitliyin, texnoloji tərəqqinin və ekoloji məsuliyyətin sintez olunduğu bir platformaya çevrildi. Prezident İlham Əliyevin 30-cu Bakı Neft və Qaz Sərgisi və 13-cü Xəzər Enerji Sərgisi çərçivəsində etdiyi çıxışlar, Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi maraqlara deyil, həm də regional və qlobal sabitliyə, enerji təhlükəsizliyinə və ekoloji davamlılığa yönəldiyini sübut etdi. Çıxışlarda Azərbaycanın neft və qaz ixracatçısı olmaqla yanaşı, həm də enerji təhlükəsizliyinin qlobal təminatçısı rolunu oynadığı vurğulandı. Bu çıxışlar, enerji geosiyasətinin təkcə enerji resurslarının paylanması deyil, həm də beynəlxalq güvənin, diplomatik əməkdaşlığın və sülhün təmin olunmasında nə qədər mühüm rol oynadığını təsdiqlədi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji strategiyasının əsas sütunlarını ardıcıl və aydın şəkildə təqdim etdi. "Əsrin müqaviləsi" ilə başlayan bu strateji xətt, Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihələrinin uğurla həyata keçirilməsi ilə regionda enerji xəritəsini dəyişdirdi. Azərbaycanın bu layihələrdə göstərdiyi təşəbbüskarlıq və koordinasiya bacarığı, onu Avropa və Asiya arasında etibarlı enerji körpüsünə çevirdi. Bu baxımdan TANAP və TAP kimi layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi sabitlik alətidir.Geosiyasi mənzərədə Azərbaycanın rolu dəyişmiş və güclənmişdir. Bu isə təsadüfi deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, Azərbaycanın həm Qərb, həm də Şərqlə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa imkan vermişdir. Bakı Enerji Həftəsi çərçivəsində Prezidentin çıxışlarında da bu məqam ön plana çəkildi: Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də qlobal enerji dialoqunun aparıcı iştirakçısı və təşəbbüskarıdır. Xüsusilə qeyd olunmalıdır ki, Prezident İlham Əliyev çıxışında iqlim dəyişikliyi və yaşıl enerji məsələlərinə xüsusi önəm verdi. Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi, ölkənin ekoloji çağırışlara cavab vermək və qlobal enerji keçidinə dəstək olmaq əzmini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda yaradılacaq "yaşıl enerji zonaları" və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, Azərbaycanın gələcəyə yönəlik baxışını və ekoloji məsuliyyətini ortaya qoyur. Prezidentin bu istiqamətdəki çıxışları, Azərbaycanın yalnız karbohidrogenlərlə deyil, həm də günəş, külək və hidroenerji potensialı ilə də beynəlxalq enerji bazarında söz sahibi olacağını göstərdi. İnsan kapitalı və elmi-texniki potensialın inkişafı da çıxışların mühüm istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev vurğuladı ki, enerjiyə dair siyasətin müvəffəqiyyəti yalnız infrastrukturla deyil, həm də insan resurslarının səviyyəsi ilə bağlıdır. Bu səbəbdən, peşə təhsili, texniki sahələrdə ixtisaslaşma və beynəlxalq təcrübə mübadiləsi dövlət siyasətinin mühüm istiqamətləri kimi qeyd olundu.

Burada Azərbaycan modeli formalaşır: iqtisadi səmərəlilik, siyasi sabitlik və diplomatik çeviklik üzərində qurulmuş enerji siyasəti. Bu model, digər inkişaf etməkdə olan ölkələr üçün də bir nümunə təşkil edə bilər. Prezidentin liderliyi ilə formalaşan bu enerji siyasəti, Azərbaycanın həm iqtisadi, həm də siyasi müstəqilliyini möhkəmləndirməklə yanaşı, regionda və beynəlxalq arenada sabitlik və əməkdaşlıq mühitinin inkişafına da xidmət edir. Bu siyasət nəticəsində Azərbaycan, enerji təhlükəsizliyi və ekoloji məsuliyyət sahəsində regional lider olmaqla yanaşı, qlobal miqyasda da önəmli söz sahibinə çevrilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışları yalnız cari reallıqların deyil, gələcəyin enerji nizamının da manifestinə çevrilmişdir. Bu manifest, Azərbaycanın milli maraqlarını beynəlxalq əməkdaşlıqla uzlaşdıran, bəşəri çağırışlara cavab verən və sabit inkişaf üçün etibarlı yol xəritəsi təqdim edən bir liderlik nümunəsidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyun 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri