Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Bakıdan İstanbula qatarla getmək mümkün olacaq Tarixi layihə

Bakıdan İstanbula qatarla getmək mümkün olacaq Tarixi layihə

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun bugün rəsmi açılışı olacaq. Açılış mərasimi Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında baş tutacaq. Açılış mərasimində Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

Qatar vasitəsilə yükdaşımaları həyata keçiriləcək. Lakin bir müddət əvvəl Bakı-Tbilisi-Bakı qatarı vasitəsilə sərnişindaşımaların başlaması, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə də sərnişindaşımaların  nəzərdə tutulub-tutulmadığını gündəmə gətirir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov bildirib ki, Bakı-Tbilis-Qars dəmir yolunun fəaliyyətə başlaması Orta Dəhlizin yükdaşıma qabiliyyətinin artmasına töhfə verəcək:

“Bu gün artıq Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı həyata keçirilir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Bu dəmir yolunun genişləndirilməsindən sonra yolun yükdaşıma gücü 1 milyon tondan 5 milyon tona yüksələcək. Bu da Orta Dəhlizin yük keçirmə gücünün artırılmasına töhfə verəcək”.

Parlamnetari vurğulayıb ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə sərnişinlərin də daşınması həyata keçiriləcək:

“Hazırkı vəziyyətdə isə bu yol əsasən yük daşımaları üçün nəzərdə tutulur. Sərnişinlərin dəmir yolu vasitəsilə hərəkəti nəticəsində Bakıdan Qarsa, oradan da İstanbula təxminən iki sutka ərzində səyahət etmək mümkün olacaq. Bu, həm də ölkələrarası turizm potensialının inkişafına mühüm töhfə olacaq”.

İqtisadçı ekspert Xalid Kərimli isə vurğulayıb ki, ümumiyyətlə, dəmir yolu vasitəsilə sərnişin daşınmanın əhəmiyyəti böyükdür:

“Ümumiyyətlə, bütün məhdudiyyətlər aradan qalxmalıdır. İqtisadiyyat məhdudiyyət sevmir. O baxımdan dəmir yolu xətti ilə sərnişin daşınmasının önəmi böyükdür. Hətta mən düşünürəm ki, bununla məhdudlaşmamalı, avtobus və piyada keçidləri də bərpa olunmalıdır. Məhdudiyyətlərin aradan qaldırılması insanlar üçün seçim yaradır. Bu seçim qərarvermədə daha çox imkanların mövcudluğu ilə nəticələnir və insanlar öz maraqlarına uyğun variantların seçilməsi üzərində dayanırlar. Bu da rəqabəti gücləndirir. Nəticədə,bu, vətəndaş üçün daha keyfiyyətli və uyğun qiymətlərin formalaşmasına gətirib çıxarır”.

Ekspertin fikrincə, hazırda avtobus və avtomobil ilə gediş-gəlişin açılması da müsbət addım olardı. 

“Bu təkcə dəmir yolunda deyil, hava yollarında da baş tutur. Dəmir yolu da, hava yolları da dövlətindir. Yaxşı olardı ki, avtobus və avtomobil yolları da açılaydı ki, vətəndaş özünə uyğun, əlverişli variantı seçsin. Bu şərait həm də ölkəyə turistlərin gəlişinə müsbət təsir göstərərdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see268

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see268

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see250

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see247

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see241

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see232

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see229

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see223

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see223

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see222

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see217

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see215

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see212

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see211

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see209

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see197

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see193

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see190

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see187

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri