Icma.az
close
up
RU
Bakıdan Kremlə “soyuq duş” DETALLAR

Bakıdan Kremlə “soyuq duş” DETALLAR

Icma.az, Tribuna saytına istinadən bildirir.

Putinin köməkçisi Uşakov təsdiqlədi ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya, 9 May tədbirinə gəlməyəcək. Getməmək doğru qərardır, tam dəstəkləyirəm, bu addım bir daha Azərbaycanın bölgədə Rusiyadan ən az asılı olan ölkə olduğunu, son 5-6 ildə Rusiyanın bölgəmizdə zəiflədilməsində məhz rəsmi Bakının böyük rol oynadığını bir daha sübut edir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Real Partiyasının sədri Natiq Cəfərli çıxış edib. O bildirib ki, buna baxmayaraq, 9 May Qələbə Gününü Putinə, Rusiyaya hədiyyə etmək olmaz:

“Bu bütün post-sovet xalqlarının birgə qələbəsidir, bir tək ruslara qalsaydı, bəlkə heç vaxt qələbə olmazdı – tək elə Ukrayna xalqı qələbə üçün milyonlarla qurban verdi, Azərbaycan nefti qələbədə ciddi rol oynadı. Bir sözlə, bu Qələbəni Kremlə bağışlamaq olmaz”.

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Əliyev Moskvada keçiriləcək 9 May Qələbə Paradına qatılmamasının səbəbləri haqda yayılan informasiyalar kifayət qədər məntiqlidir:

“AZAL-ın təyyarəsinin vurulmasından beş ay keçməsinə baxmayaraq, Rusiyanın qənaətbəxş addım – istintaqın aparılması, günahkarların cəzalandırılması – atmaması;
– Rusiyadan Azərbaycana qarşı kiberhücumların edilməsinə aydınlıq gətirilməməsi;
– Və son olaraq, deputat Badamova qarşı atılan addım – Moskva hava limanında saxlanılması və deport edilməsi;

Son iki məsələ – kiberhücum və deputat Badamov üzərindən Azərbaycana qarşı atılan addım Moskvanın AZAL-ın təyyarəsinin vurulmasından sonra münasibətlərdə yaranmış çatların bərpasında maraqlı olmadığını, məsələləri təzyiq yolu ilə həll etmək düşüncəsindən əl çəkmədiyini göstərdi. Əliyev də Moskva paradında iştirakdan imtina etməklə Azərbaycanın “qırmızı xətlərini” nümayiş etdirir və AZAL-ın təyyarəsi ilə bağlı tələblərin arxa plana keçmədiyi mesajını verir”.

Nigar İxtiyarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri