Bakıdan Lənkərana qonaq gedən qadın eyvandan yıxılaraq ölüb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lənkəranda 45 yaşlı qadın hündürlükdən yıxılaraq ölüb
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Vel kəndində baş verib.
Bakı şəhər sakini 3 uşaq anası 1980-ci il təvəllüdlü Tünzalə Hidayət qızı Ələkbərova istirahət etmək üçün Lənkərana tanışının evinə gəlib. O, eyvanda durduğu zaman məhəccərə söykənib və məhəccərin qopması səbəbindən yüksəklikdən yıxılıb. Nəticədə o, başından aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Abşeronda 21 yaşlı qadın eyvandan yıxılaraq ölüb
27 Oktyabr 2025 13:55
Türkiyəli müğənni eyvandan yıxılaraq ölüb
26 Sentyabr 2025 09:32
3 uşaq anası Lənkərana qonaq gəldi
24 Avqust 2025 11:51
69 yaşlı kişi eyvandan yıxılaraq ölüb
07 Mart 2025 09:06
ABL:Gəncə Lənkərana qarşı
14 Dekabr 2024 13:10
Baxış sayı:88
Bu xəbər 24 Avqust 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















