3 uşaq anası Lənkərana qonaq gəldi
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəranda 45 yaşlı qadın hündürlükdən yıxılaraq ölüb.
APA-nın verdiyi xəbərə görə, hadisə Vel kəndində baş verib.
Bakı şəhər sakini 3 uşaq anası 1980-ci il təvəllüdlü Tünzalə Hidayət qızı Ələkbərova istirahət etmək üçün Lənkərana tanışının evinə gəlib. O, eyvanda durduğu zaman məhəccərə söykənib və məhəccərin qopması səbəbindən yüksəklikdən yıxılıb. Nəticədə o, başından aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Paylaş
Baxış sayı:175
Bu xəbər 24 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















