Icma.az
close
up
RU
Bakıdan Minskə uçmaq artıq daha bahadır AZAL biletləri 1077 manata qədər yüksəlib

Bakıdan Minskə uçmaq artıq daha bahadır AZAL biletləri 1077 manata qədər yüksəlib

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

2025-ci ilin may ayında Azərbaycan Hava Yolları (AZAL) ilə Bakı–Minsk marşrutu üzrə birbaşa uçuşların qiymətində kəskin artım müşahidə olunub. Aprel ayında Belarusun paytaxtına uçuşların orta qiyməti 344 manat olduğu halda, mayda bu rəqəm 809 manata qədər yüksəlib. Məsələn, 27 may tarixi üçün bilet qiyməti 809 manat təşkil edir. Digər günlərdə isə qiymətlər 400–600 manat arasında dəyişir.

İyun, iyul və avqust aylarında isə biletlərin qiymətləri daha yüksəkdir. Məsələn, 24 iyun üçün biletin qiyməti 1077 manatdır. Həmin aylarda Minskə 550 manatdan aşağı qiymətə bilet tapmaq demək olar ki, mümkün deyil.

Qiymət artımı ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova “AzPolitika”ya bildirib ki, Bakı–Minsk marşrutu üzrə aviabiletlərin qiymət siyasəti yalnız müvafiq aviaşirkət tərəfindən müəyyən olunur: “Bakı–Minsk istiqaməti üzrə aviabiletlərin qiymət siyasəti birbaşa aviaşirkət tərəfindən müəyyən edilir. Hava limanı olaraq biz yalnız hava hərəkəti və sərnişin xidmətlərinin təmininə cavabdehik və tarif siyasətinə müdaxilə etmirik.”

Nərmin Xəlilova əlavə edib ki, yay aylarında beynəlxalq istiqamətlər üzrə biletlərə tələbatın artması dinamik qiymət formalaşmasına təsir edir: “Qiymət artımı əsasən mövsümi yüklənmə, reyslərin doluluq səviyyəsi və kommersiya strategiyaları ilə bağlı olur.”

Qeyd edək ki, Bakıdan Minskə birbaşa uçuşları yalnız AZAL və “Belavia Belarusian Airlines” həyata keçirir. “Belavia”nın biletləri AZAL-la müqayisədə bir qədər münasibdir – bu şirkətin bilet qiymətləri təxminən 121 dollardan başlayır.

E. Bəyməmmədli 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri