Icma.az
close
up
RU
Bakıdan Nabrana istirahətə gedən şəxs qadının evinə basqın etdi QƏRAR

Bakıdan Nabrana istirahətə gedən şəxs qadının evinə basqın etdi QƏRAR

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Hikmət Yusifovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 02 oktyabr 2023-cü il tarixdə, saat 19:20 radələrində zərərçəkmiş Nadejda Polkovnilcovanın yaşadığı Xaçmaz rayonu, Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hikmət Yusifov Nabranda yerləşən “Maral göl” istirahət mərkəzindən şərq istiqamətində 500 metr aralı məsafədə yerləşən evin həyətinə hasardan keçib. Sonradan tanınmamaq üçün əynində olan gödəkçənin papağını burnunun üstünədək çəkərək həyətdə olan zərərçəkmiş şəxsi arxadan tutub zor tətbiq edib, birlikdə evə qanunsuz girib. Sonra Hikmət qadını qəsdən irəli itələyərək yıxıb. O, dəmir parçası ilə zərərçəkmişə zorakılıqla bağlı basqın edib evdə olan pulun və qızıl-zinət əşyalarının ona verilməsini tələb edib. Nadejda da pulunu və qızıl-zinət əşyalarını saxladığı yeri göstərib. Sonra Hikmət yataq otağından ümumi dəyəri 65135 manat məbləğində qızıl-zinət əşyalarını və qadına məxsus telefonu quldurluq yolu ilə ələ keçirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd: Hikmət Yusifov məhkəmədə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərib ki, 2011-ci ildə Rusiyada 2 dəfə narkotik vasitədən istifadə etdiyinə görə tutulub və 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gələrək anası ilə yaşayıb. Daha sonra evi satıb, pulu qardaşı ilə bölüşdürüb. Yay aylarında Nabranda istirahət edib. Zərərçəkmiş şəxslə qonşuluqda olub.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 May 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see133

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see130

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see128

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see127

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see123

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see119

Tottenhem milli üzvü üçün 60 milyon funt sterlinq ödəməyə hazırdır

19 İyun 2025 17:14see118

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see118

Bərdədə Milli Məclisinin Səhiyyə komitəsinin səyyar iclası keçirildi FOTOLAR

19 İyun 2025 19:02see117

Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb

19 İyun 2025 21:44see114

Putin Azərbaycanla birgə bu problem həll etmək üçün tapşırıq verdi

19 İyun 2025 22:01see114

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see113

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see113

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see113

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see112

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see112

Bərgüşadçay su anbarının yaxın vaxtlarda tikintisinə başlanılacaq

19 İyun 2025 14:00see111

46 illik ömür...

20 İyun 2025 08:17see111

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see111

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri