Icma.az
close
up
RU
“Gəlin bir az məsuliyyətli olaq” Parlamentdə mübahisə

“Gəlin bir az məsuliyyətli olaq” Parlamentdə mübahisə

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Qüdrət müəllim burada muxtariyyət məsələsini qaldırdı. Siz bu məsələni həmişə qaldırırsınız. Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsinin müzakirəsi bildirib. 

“1992-ci ildə siz hakimiyyətdə olanda bu məsələni qaldırdınız. Nə baş verdi? Allah üzümüzə baxdı ki, Heydər Əliyev gəldi və Naxçıvanda Ali Məclisin sədri oldu. Olmasaydı nə olacaqdı? Naxçıvan MR-ə muxtariyyət statusunun verilməsi məhz Heydər Əliyevin ustalığı nəticəsində Naxçıvan ərazisinin itirilməsinin qarşısını aldı. Təsəvvür edin, bir dənə Sədərək rayonu İran, Ermənistan və az qismi Türkiyə ilə həmsərhəddir. Biz bu muxtariyyəti ləğv edək və ataq kimlərin ağuşuna? Başa düşürəm, deputat dediyi sözə görə məsuliyyət daşımır, amma gəlin bir az məsuliyyətli olaq. 

Bir də bu söz çox təkrar olunur ki, Azərbaycan unitar dövlətdir və onun tərkibində muxtariyyət ola bilməz. Bu, qətiyyən yanlış fikirdir”, - deyə Ziyafət Əsgərov qeyd edib.

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, doğrudan da deputat da, vitse-spiker də danışanda məsuliyyətli olmalıdır: “Zamanında mən bu parlamentdə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla bunun tam əksini sübut etməyə çalışırdı. Stenoqramlarda bu çıxışlar var. Zamanla burada mənim qaldırdığım çox məsələlər sonradan öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə bağlı məsələ də nə vaxtsa öz həllini tapacaq. İkincisi isə, təklif vermək, təşəbbüslə çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın, xalqımız bunu qəbul edəcəksə edəcək, etməyəcəksə də etməyəcək. Buna görə də doğrudan da məsuliyyətli olmaq lazımdır”.

Ziyafət Əsgərov isə həmkarının fikri ilə razılaşmayıb: “Siz həmişə Naxçıvanın muxtariyyətinin ləğvini tələb etmisiz, mən isə hər zaman Naxçıvanın muxtariyyətini müdafiə etmişəm. Götürün stenoqramlara baxın”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 İyun 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri