Icma.az
close
up
RU
Dövlət Komitəsinin jurnalistlər üçün elan etdiyi müsabiqənin vaxtı uzadılıb

Dövlət Komitəsinin jurnalistlər üçün elan etdiyi müsabiqənin vaxtı uzadılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 iyun, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində milli mətbuatın 150 illik yubileyi münasibətilə jurnalistlər arasında martın 19-da elan etdiyi müsabiqənin vaxtı uzadılıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqə iyulun 4-dək davam edəcək.

Xatırladaq ki, müsabiqə iki nominasiya üzrə keçirilir:

• “Ailə mövzularının işıqlandırılması üzrə ən yaxşı yazı”

• “Uğurlu qadınlar haqqında ən yaxşı süjet”

Hər nominasiya üzrə 3 qalib müəyyən olunacaq. Qaliblər diplom və hədiyyələrlə, o cümlədən noutbuklarla mükafatlandırılacaqlar.

Müsabiqəyə televiziya, qəzet, jurnal, informasiya agentlikləri və onlayn mediada 2025-ci il 19 mart - 4 iyul tarixləri arasında yayımlanmış Azərbaycan və ya rus dillərində materiallar qəbul olunur. Yazıların həcmi 2 000-10 000 işarə arasında olmalı, “Arial” şriftinin 12 ölçüsü ilə MS Word sənədi şəklində (çap materialıdırsa, PDF formatında) təqdim edilməlidir. Video süjetlərin müddəti 1-5 dəqiqə arası olmalı və link formasında göndərilməlidir.

Yayımlanan yazı və ya video materialın linkini əlavə edərək, [email protected] ünvanına göndərmək xahiş olunur.

Materiallarla birlikdə aşağıdakı məlumatlar qeyd olunmalıdır:

• Namizədin adı və soyadı

• İşlədiyi media qurumu

• Əlaqə nömrəsi

Hər iştirakçı ən azı 3 material təqdim etməlidir. Müsabiqəyə təqdim edilən işlərdən 6 ən uğurlu material Müsabiqə Komitəsi tərəfindən qiymətləndiriləcək və nəticələr Milli Mətbuat Gününün 150 illiyinə həsr olunmuş tədbirdə elan ediləcək.

Qiymətləndirmə zamanı aşağıdakı meyarlara üstünlük veriləcək:

• Mövzunun dolğun əhatə olunması

• İfadə vasitələrinin zənginliyi

• Cəmiyyətə nümunəvi, pozitiv mesajların ötürülməsi

• Mövzuya fərqli yanaşma

• Beynəlxalq və yerli statistik məlumatların istifadəsi

Əlavə məlumat üçün əlaqə:

Telefon: (+99412) 498 80 93

Mobil: (+99451) 230 45 76

E-mail: [email protected]

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see292

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see186

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see154

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see146

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see144

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see133

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri