Icma.az
close
up
RU
Bakıdan Putinə xəbərdarlıq: “Azərbaycana qarşı nə etsə, qarşısında türk dünyasını görəcək”

Bakıdan Putinə xəbərdarlıq: “Azərbaycana qarşı nə etsə, qarşısında türk dünyasını görəcək”

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təyyarə qəzasından sonra Rusiya ilə bağlı bir gerçək ortaya çıxdı. Artıq hər kəsə bəllidir ki, Azərbaycan Rusiya da daxil olmaqla heç bir dövlətdən çəkinmir. Deyilənlərin əksinə olaraq bizim Rusiyadan qorxacaq bir yerimiz yoxdur.

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi bu məsələni yenidən gündəmə gətirib: Azərbaycan onun qırmızı xəttini tapdamağa çalışan heç bir dövlətə güzəştə getmir. Bəzi iddialar var, deyilir ki, Rusiya Bakının bu ötkəm və qürurlu rəftarına mütləq cavab verəcək. Moskva Azərbaycana nə edə bilər?

Globalinfo.az-a danışan Heydər Oğuz deyib ki, Azərbaycan var olduğu gündən bəri bütün qonşuları ilə dinc, yanaşı və sülh şəraitində yaşamağa üstünlük verib. Bu həssasiyyətini indi də qoruyur.

O, Rusiya-Azərbaycan münasibətindən danışıb:

“Sözsüz ki, Rusiya da bizim ən böyük qonşularımızdan biridir və biz onunla iqtisadi-siyasi əməkdaşlıqda maraqlıyıq. Bunun üçün də bir-birimizin milli heysiyyatına, maraqlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalıyıq. Azərbaycan bacardığı qədər bütün qonşuları ilə münasibətdə bu incə cizgini tapdalamamağa çalışır. Təbii ki, qonşularından da eyni rəftarı gözləyir. Bu baxımdan, Azərbaycan prezidenti haqlı olaraq öz rus həmkarından bəzi addımlar gözləyirdi. Bu addımlardan biri Putin səviyyəsində üzrxahlıqdır. İkinci məqam günahın etirafıdır. Təxribata bənzəyən hadisənin törədicilərinin ədalət məhkəməsi qarşısında cavab verməsi və həlak olanların, yaralananların ailələrinə təzminatın ödənilməsidir. Rusiya hələ ki, bu gözləntilərimizdən birini və ən əsasını yerinə yetirib: Vladimir Putin zəng edərək İlham Əliyevdən üzr istəyib. Bununla belə, digər tələblərimiz qalır. Ümid edirəm ki, ciddi dövlət olan Rusiya Azərbaycan qarşısındakı digər mükəlləfiyyətlərini də həyata keçirəcək. Xüsusilə də təyyarəmizi vuranların və onlarla vətəndaşımızın ölümünə yol açanların layiqli şəkildə cəzalandırılmasını”.

Heydər Oğuz

Heydər Oğuza görə, İlham Əliyevin bu tələbləri beynəlxalq hüquq normalarına tamamilə uyğundur və onları yerinə yetirmək Rusiyanın özü üçün də vacibdir:

“Bilirsiniz ki, Rusiya dünya ictimaiyyəti qarşısında qanuntanımaz, zorbalıq, tərəf müqabilinin heysiyyatlarına önəm verməyən bir imiclə tanınıb. Məhz bu səbəbdən də beynəlxalq sanksiyalara məruz qalmaqdadır. Rusiya artıq öz imicini dəyişməli, beynəlxalq qanunlara hörmətlə yanaşan tərəf kimi özünü göstərməli, nadir dostlarından birini də itirməməyə çalışmalıdır. Sözsüz ki, üzərindən bu qədər mənfi imici ata bilməməsi onun özü üçün pis nəticələnə və tamamilə təcrid olunmuş vəziyyətə düşə bilər. Nəticədə təkcə Azərbaycanla yox, bütün türk dünyası ilə də münasibətlərinə xələl gələr, iqtisadi tənəzzülü sürətlənər və hətta bəlkə də sələfi SSRİ kimi dağılar, tarixin tozlu arxivinə yollanar”.

O ki qaldı Rusiya – Azərbaycan gərginliyinin artması nəticəsində Moskvanın ölkəmizə təsirlərinə, Heydər Oğuz bu mövzu ilə əlaqədar Nyutonun məşhur 3-cü qanununu xatırlatdı:

“Vaxtilə Nyuton deyirdi ki, əgər bir cisim başqa cismə təsir edərsə, onda ikinci cisim də eyni güclə birinci cismə təsir edər. Yəni müqavimət gücü də təsir gücünə bərabərdir. Bu gün Rusiya geniş əraziləri, əhali çoxluğu ilə Azərbaycandan qat-qat böyük görünə bilər. Amma onun vəziyyəti heç də ürəkaçan sayıl bilməz. Nəinki Azərbaycana, hətta Ermənistan kimi bizdən qat-qat balaca və zəif ölkəyə belə təsir etmək, necə deyərlər, ona qarşı ikinci cəbhə açmağa çəkinir. Çünki təhlükəsizliyi kifayət qədər həssas durumdadır və kiçik bir təkan onun özünün məhvi ilə nəticələnə bilər”.

Siyasi şərhçinin fikrincə, tarix dəfələrlə sübut edib ki, dövlətlərin gücü onların böyüklüyü və əhali çoxluğu ilə ölçülmür:

“Dövlətlərin gücü əhalisinin motivasiya qabiliyyətindədir. Putinin özü bu yaxınlarda etiraf edirdi ki, Suriyada Colaninin 350 nizamsız hərbi qüdrəti qarşısında İran və Suriyanın 10 minlərlə nizami ordusu başını götürüb qaçdı. Amma onu demirdi ki, qaçanlardan biri də elə rus ordusu olub. Colaninin bir ovuc silahlı dəstəsi təbii ki, bu əsrarəngiz gücünü motivasiya qabiliyyətindən alırdı. Ona bu motivasiyanı verən isə haqlı olması və ədalətli müharibə aparması idi. Tarix dəfələrlə sübut edib ki, ədalətli mübarizə aparan və hərbə hazır olan tərəf həmişə qələbə qazanır. Baxmayaraq ki, qüvvələr nisbətində düşmən tərəf daha güclü görünür.

Böyük türk komandanı Mete Xanın barəsində nəql olunan məşhur bir rəvayəti var. İddia olunur ki, Çinin 1 milyonluq ordusu Mete Xanın üstünə hücuma keçəndə gülərək deyib: “Nə olsun, biz də onun üstünə gedirik. Unutmayın, ot nə qədər sıx olsa, o qədər asan biçilər”. Həqiqətən də Mete Xanın əsgərləri yaxşı hazırlanmış hərbi taktikaları ilə Çinin böyük ordusunu darmadağın edir. Niyə? Çünki Mete xanın ordusu ədalətli müharibə aparır və vətənini, milli maraqlarını qoruyurdu.

Mülki təyyarəsi vurulan və nəticədə onlarla vətəndaşı həlak olan Azərbaycan da haqlı tərəfdir. Rusiyanın ağlı olsa, xüsusilə indiki ağır vəziyyətində onunla döyüşü gözə almaz, haqsızlığını boynuna alıb, geri çəkilər. Onu da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan böyük Türk dünyasının bir parçasıdır və ona qarşı ədalətsiz gərginlik bütün Türk dünyasına qarşı açılmış mübarizədir. Rusiya bu riskə getsə, Türkiyəni də, Orta Asiyanı da və hətta öz içindəki türk topluluqlarını da qarşısına almış olar. Nəticədə dünyaya və isti sulara açılan yeganə qapısı olan Qara dənizi də tamamilə itirər. Rusiyanın onu tamamilə sarsıdan bu təhlükəni gözə alacağına inanmıram”.

Heydər Oğuz onu da istisna etmir ki, Moskva rəsmi Bakının tələblərini yerinə yetirərsə, Şimali Qafqazda ciddi gərginliklə üzləşəcək: “Belə ki, Azərbaycan prezidentinin tələblərindən biri günahkarların cəzalandırılmasıdır. Sirr deyil ki, bu tələb Çeçenistan liderinin cəzalandırılmasını də ehtiva edir. Çeçenistan lideri əslində rus generaliteti tərəfindən də lazımsız və savaşla manipulyasiya edən tərəf kimi qəbul olunur. Bu iki amilin birləşməsi Çeçenistan rəhbəri Ramzan Kadırovun hakimiyyətdən uzaqlaşdırılması perspektivi doğura bilər. Nəticədə onun zülmündən bezmiş Şimali Qafqazda yeni situasiya yaradar. Beləliklə də, uzun illərdən bəri ədalətsiz ərazi bölgüsü ilə boğaza yığılmış Şimali Qafqaz xalqlarının öz torpaqları uğrunda mübarizəsi başlaya bilər. Bu mənada Azərbaycan təyyarəsinin qəsdən vurulması və ya qəzaya sürüklənməsi Rusiyanın daxili stabilliyindən də təsirsiz ötüşməyəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri