Icma.az
close
up
RU
Pezeşkian Bakıdan Putinə mesaj apardı Pərdəarxasında nə baş verir?

Pezeşkian Bakıdan Putinə mesaj apardı Pərdəarxasında nə baş verir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin ilə iranlı həmkarı Məsud Pəzeşkian arasında telefon danışığı olub. Danışıqlar zamanı iki ölkə arasında hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında müqavilə kontekstində ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub. Xüsusi olaraq, qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə diqqət yetirilib.

Pezeşkianın Azərbaycana səfərinin ardınca Rusiya prezidenti ilə əlaqə saxlaması ictimaiyyətdə maraqla qarşılanıb.

Globalinfo.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran və Rusiya arasında münasibətlər Qərbin artan təzyiqləri fonunda daha da yaxınlaşma meyli göstərir:

“İran və Rusiya, xüsusilə ABŞ başda olmaqla, Qərb ölkələrinin təzyiqləri ilə üz-üzədir. ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə bu iki ölkə ilə aparılan danışıqlar yeni formatlara ehtiyac yaradıb. Bu da Moskva ilə Tehran arasında atılan addımların qarşılıqlı razılaşdırılmasını zəruri edir. Çünki İran və Rusiya arasında imzalanan əhatəli strateji əməkdaşlıq müqaviləsi onların xarici siyasətdə də bir-birinin maraqlarını nəzərə almasını tələb edir.

Hazırda İranın nüvə proqramına dair birbaşa olmayan danışıqlar keçirilir. İndiyədək bu formatda üç görüş baş tutub və dördüncüsünün keçirilməsi gözlənilir. Eyni zamanda, ABŞ Ukrayna məsələsi ilə əlaqədar Rusiya ilə müəyyən əlaqələri bərpa edib”.

Sədrəddin Soltan

Sədrəddin Soltanın sözlərinə görə, yaxın perspektivdə İran və ABŞ arasında birbaşa təmasların baş verməsi istisna olunmur:

“Telefon danışıqları çərçivəsində Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan-İran əlaqələrinin perspektivdə Rusiyaya mümkün təsirləri və digər məsələlər müzakirə edilə bilər. Həmçinin İran ərazisindən Azərbaycan, Gürcüstan və Türkiyəyə, Qara dəniz vasitəsilə Avropaya nəqliyyat layihəsinin Rusiya üçün müsbət və mənfi cəhətlərinin müzakirəyə çıxarılması gözləniləndir. Bundan əlavə, Ukraynadakı müharibənin gedişi və İran-Rusiya arasında hərbi əməkdaşlıq da gündəmdədir. Bütün bu məsələlər iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsinin tərkib hissəsidir və Moskva bu müqavilənin icrasının tərəfdarıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 May 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri