Icma.az
close
up
RU
Bakıdan Belemə gedən yol...

Bakıdan Belemə gedən yol...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP29 qlobal iqlim gündəliyində dönüş nöqtəsi oldu

Məlumdur ki, Braziliyanın Belem şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) keçirilir. COP30 ötən il Bakıda baş tutan COP29-un məntiqi davamıdır. Qeyd edək ki, Belemdəki tədbir Azərbaycanda iqlim sammitində əldə edilən razılaşmaları möhkəmləndirməyi hədəfləyir. Azərbaycan nümayəndə heyəti də Belemdə keçirilən sammitdə iştirak edir. Artıq bir neçə gündür ki, konfrans çərçivəsində müxtəlif tematik tədbirlər keçirilir.

Dünən Belemdə Yaşıl İqlim Fondu (GCF) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə, COP29-un aparıcı təşəbbüsü olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) İllik Yüksəksəviyyəli Dialoqu keçirilib. Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri, BMT qurumları və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər.Görüşün əsas məqsədi iqlim dəyişiklikləri və sülh əlaqəsi üzrə qlobal gündəliyin daha da irəlilədilməsindən ibarət olub.

“Sülh, Yardım və Bərpa naminə İqlim Fəaliyyəti üzrə Bakı Çağırışı”

Tədbirin açılışında çıxış edən COP29-un Sədri Muxtar Babayev qeyd edib ki, COP29 zamanı təsis edilmiş Bakı Mərkəzi, iqlim fəaliyyəti ilə sülh və sabitlik arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyub.

Mərkəzin təqdimatı ilə çıxış edən xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, Bakı Mərkəzi artıq iqlim və münaqişələrdən əziyyət çəkən ölkələrdə innovativ modellərə əsaslanan pilot layihələrin icrasına başlayır. Natiq bu vəzifənin COP29 təşəbbüsü olan Bakı Mərkəzinə həvalə edilməsini beynəlxalq tərəfdaşların ölkəmizin etibarlı xarici siyasəti və iqlim diplomatiyasına inamının nümunəsi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Yaşıl İqlim Fondunun İcraçı direktoru xanım Mafalda Duarte Bakı Mərkəzinə tam dəstəkyini ifadə edib və sözügedən təşəbbüsün iqlim maliyyəsini sülh və dayanıqlılıq nəticələri ilə birləşdirmək, həssas ölkələrə yardımın artırılması sahəsində vacib beynəlxalq mexanizmə çevrildiyini vurğulayıb.

Bu xüsusda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Mərkəzin ölkəmizin digər vacib təşəbbüsü olan “Bakıdan Belemə Yol Xəritəsi”nin icrasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirib.

Tədbirdə ilk pilot layihələr üzrə birgə işçi qruplarının yaradılmasına dair Bakı Mərkəzi ilə Qvineya-Bisau Ətraf Mühit, Biomüxtəliflik və İqlim Fəaliyyəti Nazirliyi, eləcə də Qambiya Ətraf Mühit, İqlim və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma memorandumları imzalanıb.

İmzalanma mərasimindən əvvəl çıxış edən Qambiya və Ficinin iqlim nazirləri, Qvineya-Bissau, İraq və Malavinin yüksəksəviyyəli hökumət nümayəndələri, Bakı Mərkəzinin qısa müddətdə qlobal müstəvidə vacib əməkdaşlıq platformasına çevrildiyini vurğulayaraq, Azərbaycan dövlətinə və COP29 sədrliyinə beynəlxalq sülhün irəlilədilməsi sahəsindəki liderliyə, həmçinin həssas ölkələrə göstərdiyi davamlı dəstəyə görə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Bakı Mərkəzinin Yüksəksəviyyəli Dialoqunun Belem Kommünikesi qəbul edilib.

“COP30 komandası ilə sıx əməkdaşlıq edirik”

Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəkəviyyəli çempionu Nigar Arpadarai bildirib ki, COP prosesində iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionun əsas rolu qeyri-dövlət aktorlarının-xüsusən də özəl sektorun və vətəndaş cəmiyyəti nümayəndələrinin iqlim gündəminə fəal şəkildə cəlb olunmasını təmin etməkdir: “Bu məqsədlə COP30-a qədər olan dövrdə bir sıra şəhərlərdə keçirilən tədbirlərdə iştirak etdik. San-Paulu və Rio-de-Janeyroda qeyri-hökumət təşkilatlarının iştirakı ilə mühüm görüşlər baş tutdu. San-Paulu bələdiyyəsinin təşkil etdiyi Dayanıqlı İnnovasiya Forumu və “Bloomberg” filantrop təşkilatının keçirdiyi Biznes Forumu bu baxımdan xüsusilə əhəmiyyətli idi. Hər iki tədbirdə yaşıl iqtisadiyyata keçid, dayanıqlı inkişaf və COP29-dan COP30-a keçid məsələləri müzakirə olundu”.

Deputat qeyd edib ki, hazırda Azərbaycan nümayəndə heyəti COP30-un rəsmi açılış mərasimindən sonra da Belem şəhərində fəaliyyətini davam etdirir: “COP29 sədrliyi artıq COP30 sədrliyinə rəsmi şəkildə təhvil verilib. Bununla belə, biz COP30 komandası ilə sıx əməkdaşlıq edirik. Məqsəd COP-lar arasında keçid prosesinin ardıcıl və effektiv şəkildə davam etməsidir. Bu, qəbul olunmuş qərarların icrası və onların təsirinin artırılması baxımından çox önəmlidir”.

Nigar Arpadarai əlavə edib ki, COP29 zamanı qəbul edilən tarixi qərarlardan biri yeni maliyyə çərçivəsi ilə bağlı idi: “Bakıdan Belemə yol xəritəsi” adlı hesabatda 300 milyard dollarlıq iqlim maliyyəsinin 1,3 trilyon dollara qədər artırılması istiqamətində tövsiyələr təqdim olundu. Həm COP29, həm də COP30 komandaları bu sənəd üzərində sıx işləyiblər”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri