Bakıdan uçan təyyarədə təxribat: Pilotların gözünü...
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycandan Rusiyaya uçan təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, noyabrın 6-da Rusiyanın “İrAero” aviaşirkətinin Bakıdan Nijni Novqoroda uçan sərnişin təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Enişdən az əvvəl ekipaj pilot kabinini yaşıl lazerlə işıqlandırmaq cəhdi barədə məlumat verib.
Hadisə uçuşun təhlükəsizliyinə təsir etməyib: təyyarə təyinat hava limanına təhlükəsiz eniş edib.
Bundan əvvəl başqa bir Rusiya aviaşirkətinin pilotlarını göydə lazerlə kor etməyə çalışıblar. Hadisə noyabrın 5-də Novosibirskdən Moskvaya uçan Airbus A320 təyyarəsində baş verib. Paytaxtın hava limanına enməzdən bir qədər əvvəl ekipaj pilot kabininin yaşıl lazerlə işıqlandırıldığını bildirib.Musavat.com

