Bakıdan uçan təyyarədə təxribat: Pilotların gözünü...
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Azərbaycandan Rusiyaya uçan təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, noyabrın 6-da Rusiyanın “İrAero” aviaşirkətinin Bakıdan Nijni Novqoroda uçan sərnişin təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Enişdən az əvvəl ekipaj pilot kabinini yaşıl lazerlə işıqlandırmaq cəhdi barədə məlumat verib.
Hadisə uçuşun təhlükəsizliyinə təsir etməyib: təyyarə təyinat hava limanına təhlükəsiz eniş edib.
Bundan əvvəl başqa bir Rusiya aviaşirkətinin pilotlarını göydə lazerlə kor etməyə çalışıblar. Hadisə noyabrın 5-də Novosibirskdən Moskvaya uçan Airbus A320 təyyarəsində baş verib. Paytaxtın hava limanına enməzdən bir qədər əvvəl ekipaj pilot kabininin yaşıl lazerlə işıqlandırıldığını bildirib.
Baxış sayı:80
Bu xəbər 08 Noyabr 2024 03:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















