Icma.az
close
up
RU
Bakını gözləyən təhlükə: minlərlə bina... Nazirlik hərəkətə keçir?

Bakını gözləyən təhlükə: minlərlə bina... Nazirlik hərəkətə keçir?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Noyabrın 23-də Goranboyda yaşayış binasında uçqun baş verməsi ictimaiyyətdə narahatlıqla qarşılanıb. Bildirilir ki, eyni vəziyyət Bakıda da yaşana bilər. Xüsusilə istismar müddəti keçmiş xeyli sayda yaşayış binalarının mövcud olduğu vurğulanır.

Belə faciə paytaxtda da təkrarlana bilərmi? Fövqəladə Hallar Nazirliyi (FHN) hərəkətə keçməli, yoxlamalara başlamalıdırmı?

Globalinfo.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, ölkədə istismar müddəti bitmiş 20-25 min bina var və əsasən 1970-ci illərə kimi inşa olunub:

“Rəsmi statistika olmadığına görə dəqiq rəqəm demək mümkün deyil. Amma FHN-nin 1100 binanın yararlılığı ilə bağlı məlumatı məlumdur. Aidiyyəti dövlət qurumlarına bildirilib ki, həmin binalarda istismar müddəti bitib və yaşayış üçün qismən təhlükə var. Bu 1100 binanın 193-ü barədə qısa zaman ərzində sökülməsi təklif edilib, çünki yaşamaq risklidir. Sözsüz ki, binaların təhlükəsizliyi ilə bağlı məsuliyyət ilk növbədə FHN-nin üzərinə düşməlidir”.

Elnur Azadov

Ekspert bildirib ki, hazırda ölkədə istismar müddəti bitmiş binalarla bağlı proses ləng gedir:

“Nazirlər Kabinetinin 2017-ci ilin aprel ayında qəbul edilən 83 saylı qərarına əsasən, Bakı şəhərinin 1-ci mikrorayonunda yerləşən kvartalda binalar sökülüb yenisi ilə əvəz olunmalı idi. Bu proses pilot layihə kimi nəzərdə tutulmuşdu və gələcəkdə belə təcrübə Bakının digər ərazilərinə də şamil olunmalı idi. Həmçinin həmin praktikadan istifadə etməklə ölkənin digər bölgələrində istismar müddəti bitmiş çoxmənzilli binaların yenilənməsi prosesi həyata keçirilməli idi. Bu ilin mart ayında Nazirlər Kabinetində müvafiq dövlət qurumlarının iştirakı ilə iclas keçirildi. Həmin 193 binanın qəzalı olması ilə bağlı bir neçə tikili söküldü. Prezidentin Ehtiyat Fondundan 100 milyon manat civarında vəsait ayrılmışdı. Lakin bu, çox az məbləğdir. Belə böyük binaların sökülməsi üçün kifayət etmir”.

Elnur Azadov qeyd edib ki, qalan binaların sökülməsi ilə bağlı məsələ Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin səlahiyyətindədir:

“Onlar çox güman ki, elan verib təlimatlar hazırlamalı, prosesə tikinti şirkətlərini cəlb etməlidirlər. Bildiyim qədər, tikinti şirkətləri arasında tender keçirilməlidir, yəni hansı müəssisə hansı ərazini götürmək və vətəndaşlara kompensasiya vermək niyyətindədir. Təəssüf ki, bu sahədə şəffaflıq yoxdur. Heç bir rəsmi məlumat təqdim edilmir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri